Gürcüstanda izdihamlı “Tasua” yürüşləri baş tutub + FOTO və VİDEO

Bazar 7 Avqust 2022 - 19:24
https://az.iswnews.com/?p=11314

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi 24news.ge saytına istinadən xəbər verir ki, hər il olduğu kimi, bu ildə Gürcüstanın paytaxtı Tbilisiyə yaxın olan Poniçala (Soğanlıq) qəsəbəsində və Marneuli şəhərində fəaliyyət göstərən dini təşkilatlar və məscidlərin birgə təşkilatçılığı ilə izdihamlı “Tasua” mərasimləri keçirilib.

Paytaxt Tbilisiyə yaxın Poniçala (Soğanlıq) qəsəbəsində Məhərrəm ayının 8-ci günündə (6 avqust tarixində) Tasua yürüşü keçirilib. Yerli əhali və ətraf yerlərdən qatılan müsəlmanların iştirakı ilə mərasim baş tutub.

Poniçalada yerləşən Əhli-Beyt (ə) məscidinin önünə toplanaraq yürüyüşə başlayan müsəlmanlar, “Ya Hüseyn, Ya Əbəlfəz, Ya Zeynəb” şüarları səsləndirərək mərsiyyə sədaları altında qəsəbənin mərkəzinə doğru yürüş ediblər. Poniçalanın mərkəzində qurulan kürsüdə çıxış edən Əhli-Beyt məscidinin axundu Hacı Rahid Kərimov, burada Kərbəla hadisələrindən danışaraq, Tasua yürüşünün əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, İmam Hüseynin (ə) kərbəlasından alınacaq dərslər var. Bu dərslər hər bir müsəlman üçün öz dininə, vətəninə, millətinə sahib çıxmaq üçün əhəmiyyət daşıyır.

Marneulidə keçiriliən mərasim bu gün məhərrəm ayının 9-da (7 avqust tarixində) Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətinin önündən başlayıb.

Din, ictimai xadimlərin və inanclı müsəlmanların geniş iştirakı ilə baş tutan yürüşdə mərsiyələr oxunub və İslami şüarlar səslənib.

Mərasimə Gürcüstan Baptist kilsəsinin Yepiskopu Malxaz Sonqulaşvili və İran İslam Respublikasının səfirlik əməkdaşları da qatılıblar.

İmam Əli (ə) məscidində başa çatan yürüşün sonunda İmam Cümə Hacı Hacıyev və Yepiskop Malxaz Sonqulaşvili çıxış edərək İmam Hüseynin (ə) qiyamının hədəflərindən və qurulan mərasimlərin əzəmətindən danışıblar.

Qeyd edək ki, İmam Cümə Hacı Hacıyev çıxışı zamanı bölgədə yaşayan müsəlmanların qarşılaşdığı bir sıra problemlərə toxunaraq aydiyatı qurumlardan ədalətli addımlar atılmasını diqqətə çatdırıb.

Tasua yürüşündən sonra Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və İmam Əli (ə) xeyriyyə fondunun təşkilatçılığı ilə yürüş iştirakçılarına İmam Hüseyn (ə) ehsanı paylanılıb.

Tasua mərasiminin videosunu canlı olaraq yayımlayan 24news.ge mətbuatının “facebook” səhifəsindən izləyə bilərsiniz:

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir