İraqda baş verən son hadisələr, 12 Fevral 2022
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Həşd Şəəbi qüvvələri İraq ordusu və polisi ilə birlikdə Səlahəddin əyalətindəki Əl-Bumarmus adasında İŞİD-in bir sıra sığınacaqlarını məhv edib.
1- Bağdad:
Fevralın 6-da Bağdad Beynəlxalq Hava Limanına raket hücumu edən şəxs Bağdaddan qaçarkən İraq təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Qeyd edək ki, yanvarın 28-də Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı Viktoriya bazasında amerikalı işğalçıların mövqeləri 6 ədəd 107 mm-lik raketlə hədəfə alınmışdır.
2- Səlahəddin:
- Fevralın 10-da Salahəddin əyalətində amerikalı işğalçıların lojistika karvanına “Livau Ser Əl-Muhəndis” müqavimət dəstəsi hücum etmişdir.
- Fevralın 8-də Həşd Şəəbi qüvvələri İraq ordusu və polisi ilə birlikdə Salahəddin əyalətindəki Əl-Bumarmous adasında İŞİD-in bir sıra sığınacaqlarını məhv edib.
3- Əl-Musənna:
- Fevralın 10-da Əl-Musənna əyalətində Amerika işğalçılarının iki lojistik karvanına müqavimət dəstələri hücum ediblər.
- Fevralın 6-da Əl-Musənna əyalətində Amerika işğalçılarının iki lojistik karvanına müqavimət dəstələri hücum ediblər.
4- Qədisiyyə:
Fevralın 6-da Qədisiyyə əyalətində ABŞ hərbçilərinin lojistika karvanına müqavimət dəstələri hücum ediblər.
5- Əl-Ənbar:
- Fevralın 7-də Əl-Ənbarın şərqindəki əl-Kərmə bölgəsində İŞİD ünsürlərinə qarşı mübarizə üçün bir sıra İraqın “Kətaib Hizbullah” müqavimət dəstəsinin üzvləri yerləşdirilib.
- Fevralın 8-də Əl-Ənbar vilayətinin Rava bölgəsində İraq əsgərlərini daşıyan avtomobildə baş verən partlayış nəticəsində beş İraq ordusu əsgəri şəhid olub, bir neçəsi yaralanıb.
6- Fevralın 8-də İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Sərdar İsmail Qaani Nəcəf vilayətinin Əl-Hənnanə məntəqəsində İraqdakı Sədr fraksiyasının lideri Müqtəda Sədr ilə görüşüb.
7- Fevralın 10-da İraqın Həşd Şəəbi təşkilatının rəhbəri Faleh Əl-Fəyyad təşkilatı silahlandırmaq üçün müasir və yüksək keyfiyyətli silahların alınması naminə yeni silah müqavilələrinin imzalandığını açıqladı.
Rəy