Abu Dabi və Təl-Əviv arasında davam edən təhlükəsizlik mübahisələri; Dubaya uçuşların dayandırılması ehtimalı
İsrail aviaşirkətləri cümə axşamı xəbərdarlıq edib ki, gələn həftənin əvvəlindən Dubaya uçuşları dayandıracaqlar; Bu qərarlar tərəflər arasında təhlükəsizlik məsələlərində gərginliyin yüksək olduğunu göstərir.
Fars xəbər agentliyinin fələstinli Səma xəbər agentliyinə istinadən verdiyi xəbərə əsasən, İsrail hava yolları şirkətlərinin müdürləri İsrailin baş naziri Naftali Bennett-ə məktub göndərərək ondan bu məsələyə ciddi müdaxilə etməsini xahiş ediblər. İsrailin Ben Qurion hava limanının aviasiya təhlükəsizliyi departamenti də gələn bazar günündən (sabahdan) Dubaya bütün uçuşların həyata keçirilməsinin mümkün olmayacağını açıqlayıb.
Sionist xəbər saytı “Valla” İsrail və Əmirlik rəsmilərinə istinadən xəbər verir ki, Şabakın təhlükəsizlik bölməsinin rəisi BƏƏ təhlükəsizlik rəsmiləri ilə danışıqlar aparıb. Bu danışıqların mövzusu İsrail hava yollarına aid təyyarələrin qorunmasının İsraillilər tərəfindən olması tələbidir; lakin bu istək, Əmirlik rəsmilərindən ölkənin suverenliyinin pozulması kimi qiymətləndirilib.
“İsrailin təhlükəsizlik tələbləri BƏƏ-nin Dubay Hava Limanında suverenliyinin pozulmasıdır və hava limanına zərər verə bilər”, – Əmirlik rəsmiləri son günlər Şabak rəisinə bildiriblər.
Rəy