Suriyanın şərqində ABŞ-ın dəstəklədiyi terrorçulara Rusiya qırıcıları hücum edib + VİDEO

Şənbə 6 Avqust 2022 - 14:28
https://az.iswnews.com/?p=11134

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Rusiya ordusunun qırıcı təyyarələri Homs əyalətində yerləşən Əl-Sixnənin şimal-qərbində “Livau-Şuhədai-Qəryətəyn” terrorçularının mövqelərini hədəfə alıb.

Rusiya Müdafiə Nazirliyi bu ölkənin qırıcı təyyarələrinin ABŞ-ın dəstəklədiyi “Livau-Şuhədai-Qəryətəyn” (Ceyşul-Hurr terrorçularına bağlı qruplardan biri) kimi tanınan terrorçu qüvvələrin Homs əyalətində toplaşdığı yerə hücumu ilə bağlı bəyanat yayıb.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, avqustun 4-də rus qırıcıları kəşfiyyat əməliyyatı keçirdikdən sonra “Livau-Şuhədai-Qəryətəyn” terrorçularının sığınacaqlarını hədəfə alıblar. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu qrupun qərargahı Suriyanın şərqində yerləşən Ət-Tənəf bölgəsində yerləşir və Amerika ordusunun zabitləri və xüsusi təyinatlıları onları hazırlayır və təchiz edir.

Rusiya Müdafiə Nazirliyinin dərc etdiyi videonun icmalı bu ərazinin Homs əyalətinin Əl-Sixnə şəhərindən 15 kilometr şimal-qərbdə yerləşdiyini göstərir.

Qeyd edək ki, həmçinin bu il iyunun 16-da Suriya, İraq və İordaniya arasında sərhəd üçbucağında yerləşən Ət-Tənəf bölgəsindəki Məğavir Əl-Səvrə terrorçu qruplaşmasının mövqeləri hava hücumuna məruz qalmışdır. Bu hücumdan bir neçə gün sonra ABŞ hərbi rəsmiləri Rusiya təyyarələrinin son həftələr Suriyanın cənubundakı Ət-Tənəf bölgəsinə hücumlar təşkil etdiyini iddia etmişdir.

Daha çox oxuyun:

Rusiya ABŞ koalisiyasının Suriyadakı mövqelərinə hava zərbələri endirib!

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir