Ermənistan-Azərbaycan münaqişəsi zonasından son xəbərlər + Xəritə

Cümə axşamı 4 Avqust 2022 - 23:17
https://az.iswnews.com/?p=11025

Bazar ertəsi, avqustun 1-də baş vermiş uğursuz hücumdan sonra Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə çərşənbə axşamı günü Azərbaycan ordusu üçün nisbətən rahat keçdi. Çərşənbə axşamı günü keçirilən danışıqlarda Azərbaycanın istəyi Ermənistan ordusunun yerdə qalan hissəsinin tez bir zamanda çıxarılması və 2020-ci il atəşkəs sazişi əsasında Qondarma Dağlıq Qarabağ hökumətinin erməni silahlı birləşmələrinin tərksilah edilməsi olub. Həmçinin, Laçın dəhlizində yeni marşrutun açılmaması və Rusiya qüvvələrinin bu şəhərdən çıxarılması da onların digər tələblərindən olub. Bunların icra olunmaması çərşənbə günü, avqustun 3-də səhər saat 9-da Azərbaycan ordusunun hücumu ilə münaqişənin ikinci mərhələsinin başlamasına səbəb olub.

Azərbaycanın yenidən Qarabağa hakim olmaq cəhdi

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu münaqişəni “Qisas Əməliyyatı” adlandırıb. Azərbaycan tərəfinin iddiasına görə, gərginlik Ermənistan qüvvələrinin atəşə tutması ilə başlayıb, bu zaman əsgər Anar Kazımov Rüstəmoğlu Laçın dəhlizi yaxınlığında şəhid edilib və Azərbaycan ordusu buna cavab olaraq əməliyyata başlayıb. Lakin Azərbaycan ordusunun bu hadisədən öncə hücuma tam hazır olduğuna görə bəhanənin düz olmaması ehtimalı verilir.

Münaqişə baş verən cəbhə xətləri

Qarabağın şimalında Ağ Dərə, şərqdə Əsgəran və Şuşa-Laçın yoluna baxan təpə Azərbaycan ordusunun quru və hava hücumlarının hədəfi olub.

Azərbaycan ordusunun Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin mövqelərinə dron hücumu

Azərbaycan ordusu hücumunun nəticələri

Əsgəran bölgəsindəki münaqişə ikitərəfli atışma şəklində davam edib və Azərbaycan tərəfi heç bir xüsusi fəallıq nümayiş etdirməyib.

Lakin Laçın dəhlizinə baxan yüksəkliklərdə “Sarı Baba” və “Qırıx Qaz” kəndləri yaxınlığında və Qarabağ bölgəsinin qərbində bir neçə başqa təpə Azərbaycan ordusu tərəfindən nəzarətə götürülüb. Bu yerlərdəki səngərlər və iki maşın əvvəlcə dronla hücuma məruz qalıb, əməliyyat qüvvələrinə artilleriya atəşi və minaatanlardan dəstək verilib. Bu hücumun nəticəsi Şuşa yolunun mühüm hissələrində təhlükəsizliyin daha çox təmin olunması, Azərbaycanın öz mövqeyini möhkəmləndirməsi və ona yol çəkə bilməsidir.

Həmçinin Ermənistan ordusunun Qarabağ bölgəsinin şimalında və Ağdərə şəhəri yaxınlığındakı bazası hücuma məruz qalıb, top, sursat və texnika daşıyan çoxlu sayda maşın məhv edilib.

Danışıqlardan və Rusiya sülhməramlılarının müdaxiləsindən sonra münaqişə axşam saat altıda dayanıb.

Laçın dəhlizi açıqdır

Laçın dəhlizi hələ də Rusiya sülhməramlılarının nəzarəti altındadır və nəqliyyat vasitələri oradan keçir.

Ermənistanın qarşıdurmaya hazır olması

Ermənistan ordusu qüvvələrinin bir hissəsi sərhədə və Laçın dəhlizinin keçid məntəqəsinə göndərilib, lakin bu ərazilərdə heç bir toqquşma yoxdur. Həmçinin Azərbaycan ordusu Ermənistanın Qaqarkonik vilayəti ilə sərhəddə yerləşən Gədəbəy rayonuna ikidən çox briqadadan ibarət qüvvə göndərib.

Hər iki tərəfdən itkilər

Qondarma Dağlıq Qarabağın mərkəzindəki Xankəndi şəhər xəstəxanasında iki erməni müqaviləli əsgər Artur Xaçaturyan və Qurgen Qabrielyan həlak olub, daha 19 nəfər yaralanıb, onlardan 4-nün vəziyyəti ağırdır.

Azərbaycanın rəsmi bəyanatı yalnız Anar Kazımovun şəhid olması xəbərini təsdiqləyir, lakin digər mənbələr daha üç nəfərin ağır yaralandığını və ya üç nəfərin şəhid olduğunu bildirirlər. Həmçinin şəhid olanlardan birinin adı Əyyub Süleymanov və polkovnik olması da deyilir. Bu rəqəmlər hələ ki, rəsmi təsdiqini tapmayıb.

Rusiya Müdafiə Nazirliyinin hesabatı

Rusiya Müdafiə Nazirliyi Azərbaycan tərəfindən münaqişənin başladığı barədə məlumat verərək, təmas xəttlərindəki məntəqələrin nəzarətə götürülməsini bir daha qəbuledilməz adlandırıb.

Rusiya Müdafiə Nazirliyinin bəyanatı

Rusiyanın müttəfiqlərinin siyasi dəstəyi

Rusiyanın dəstəklədiyi Cənubi Osetiyaya aid de-fakto hökumətinin (Gürcüstandan olan separatçılar) xarici işlər naziri Qondarma Dağlıq Qarabağdakı erməni həmkarı ilə müzakirə aparıb. Həmçinin qeyd edək ki, Osetiyanın Gürcüstandan ayrılaraq Rusiya Federasiyasına daxil olması barədə referendumun keçirilməsi prosesi gedir.

Orijinal ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir