Azərbaycan hakimiyyətinin yeni bəhanəsi – Bu dəfə İran televiziya kanalları
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzinin hesabatlarına əsasən, Azərbaycan və İran xalqları arasında mədəni əlaqələrin məqsədyönlü şəkildə kəsilməsi uzun illərdir müəyyən qüvvələr tərəfindən həyata keçirilir və bu Azərbaycan hökuməti iki ölkə arasında ünsiyyət istiqamətində ən kiçik şəraitin qarşısını almağa çalışır.
Rəşad Nəbiyev Reporta eksklüziv müsahibəsində bildirib ki, yaxın aylarda İran kanallarının Azərbaycanın cənubunda kütləvi yayımının qarşısı alınacaq.
Rəşad Nəbiyev əlavə edib: “İran kanallarının Azərbaycanın cənub zonasında bizim milli kanalların tezliyində kütləvi yayımlanmasının qarşısını alınması üçün artıq İranla və bu ölkənin müvafiq qurumları ilə işlərə başlamışıq və işlər davam etdirilir. Hesab edirəm ki, yaxın aylarda biz bunu real effektini görəcəyik”.
Onun sözlərinə görə, bu texniki məsələdən daha çox tənzimləmə məsələsidir: “Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə uyğun olaraq, davamlı şəkildə bu tezliklərin koordinasiya işi aparılır”.
R.Nəbiyevin sözlərinə görə, Azərbaycanın digər qonşuları ilə eyni məzmunda problemi yoxdur: “Bilirsiniz, Rusiya, Gürcüstan və hətta Xəzər üzərindən bizimlə həmsərhəd olan Türkmənistan və Qazaxıstanla bizim hər hansı problemimiz yoxdur. Yeganə olaraq İran kanallarının kütləvi şəkildə bizim cənub zonamızda yayımlanması ilə rastlaşırıq.”
Amma nədənsə Azərbaycan dövlət rəsmiləri radio və televiziya ötürücülərinin gücü, onların tezliklərinin İran ərazisinə dərin nüfuz etməsi və İran kanallarına müdaxiləsi barədə heç nə demirlər. Azərbaycan Respublikası İran televiziya kanallarının tezliyinə həssas olsa da hazırda Azərbaycan televiziya kanallarının tezliklərini İranın böyük bir ərazisində tapmaq mümkündür.
İran İR ərazisində Azərbaycan TV kanallarının ən yüksən dalğa nüfuzunun sasən iqtisadi zona ilə sərhəd olan (talış bölgəsi) Gilan əyalətində olduğu bildirilir. Belə ki, antennalı televiziya qəbuledicisi 60 km dərinliyə qədər “UHF” diapazonunda 650.000 kHz tezliyi və 8 MHz bant genişliyi olan 10 televiziya kanalını qəbul edir.
Azərbaycanın Astara rayonunun Ərçivan teleqülləsi İranla sərhəddən və Astaradan Lənkərana gedən yoldan 6 km aralıda yerləşir. Bu qülləni İranda Astara şəhərinin əvvəlindən Ərdəbil yoluna qədər aydın şəkildə görmək mümkündür.
Siz turk serıallarin həvəskarlari bız isə İran fılmlərin dıvanəsiyik