Suriyada baş verən son hadisələr, 25 İyul 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya ordusunun 17-ci diviziyasının Rakkanın şimalındakı keçmiş qərargahına Amerika koalisiya qüvvələrinin yerləşdirilməsi xəbərindən bir neçə gün sonra Suriya Demokratik Qüvvələri (SDQ) bu qərargahda hərbi təlim keçirib.
1- Hələb:
– İyulun 25-də Eynul Ərəb şəhərinin ətrafında Rusiya-Türkiyə birgə hərbi patrulu keçirilib.
– İyulun 24-də Afrin ətrafında yerləşən Küfürcənə bölgəsi Suriya Demokratik Qüvvələrinin (SDQ) artilleriya hücumuna məruz qalıb.
– İyulun 24-də Türkiyə dəstəkli silahlılar artilleriya hücumu ilə Deyr Camal-Təl Rəfat rabitə yolunu hədəfə alıb.
– İyulun 24-də Türkiyə dəstəkli yaraqlılar Hələbin şimalındakı Mənbic ətrafında yerləşən əraziləri artilleriya hücumları ilə hədəfə alıblar.
– Iyulun 23-də Türkiyə dəstəkli silahlılar artilleriya hücumu ilə Təl Rəfətın mərkəzini hədəfə aldı.
– İyulun 23-də Afrinin ətrafında yerləşən Şərava rayonunun Aqibə kəndi Türkiyə dəstəkli silahlı qüvvələrin artilleriya hücumuna məruz qalıb.
2- İdlib:
– İyulun 25-də İdlibin cənubunda yerləşən “əl-Bəra” qəsəbəsinin ətrafında silahlıların mövqeləri Suriya ordusunun artilleriya hücumları ilə hədəfə alınıb.
– İyulun 24-də İdlibin cənubunda yerləşən Kodura və Hərş Bənin bölgələrindəki silahlıların mövqeləri Suriya ordusunun artilleriya hücumu ilə hədəfə alınıb.
3-Dəra:
İyulun 25-də Dəra şəhərinin əl-Sahafa məhəlləsində avtomobil yolu kənarında yerləşdirilmiş bombanın partlaması nəticəsində “Məhəmməd Əl-Həvaş” adlı Suriya təhlükəsizlik güclərindən biri yaralanıb.
4- Deyr əz-Zor:
İyulun 25-də Həcin şəhərində qaçaqmalçılarla toqquşma zamanı Suriya Demokratik Qüvvələrinin (SDQ) iki üzvü öldürülüb.
5- Rakka:
– İyulun 25-də Rusiya qırıcıları Rakkanın cənub-qərbindəki Rasafa bölgəsində İŞİD-in sığınacaqlarını hədəfə alıb.
– İyulun 24-də Suriya Demokratik Qüvvələri (SDQ) Rakkanın şimalında Suriya ordusunun 17-ci diviziyasının keçmiş qərargahında hərbi təlim keçirib.
6- Həsəkə:
– İyulun 25-də Türkiyə dəstəkli silahlılar Suriya Demokratik Qüvvələrinin (SDQ) Həsəkə əyalətinin “Təl-Təmr” şəhəri ətrafındakı “Təl Tavil” kəndindəki mövqelərini artilleriya atəşi ilə hədəfə alıb.
– İyulun 25-də Türkiyə ordusuna məxsus bir neçə pilotsuz təyyarənin Qamışlı şəhəri üzərində uçduğu görünüb.
İyulun 24-də Türkiyə dəstəkli silahlılar artilleriya hücumları ilə Əbu Rasin ərazisini hədəfə aldı.
7- Homs:
İyulun 24-də İŞİD ünsürlərinin Suriya ordusunun Əl-Suxnadakı qərargahına hücumu nəticəsində Suriya ordusunun iki üzvü şəhid olub, daha üç nəfər isə yaralanıb.
8- Həma:
İyulun 24-də Səqilbiya şəhərində dini mərasimə silahlıların raket hücumu nəticəsində 2 nəfər şəhid olub, 13 nəfər yaralanıb.
9- İyulun 24-də Suriyadakı Rusiya Sülh Mərkəzi elan etib: silahlı şəxslər İdlib bölgəsində atəşkəs rejimini 11 dəfə pozubki, onlardan 6-sı Laziqiyyə əyaləti, 3-ü İdlib əyaləti, 2-si isə Hələb əyaləti ilə bağlı olub.
Rəy