Suriyada baş verən son hadisələr, 23 İyul 2022

Bazar 24 İyul 2022 - 06:27
https://az.iswnews.com/?p=10601

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı hədəfli pilotsuz təyyarə hücumları ilə eyni vaxtda Türkiyə dəstəklədiyi yaraqlılar Hələb və Həsəkə əyalətlərində kürd silahlılarının mövqelərini artilleriya hücumları ilə hədəfə alıblar.

1- Hələb:

– İyulun 22-də Türkiyənin pilotsuz təyyarəsinin Eyn əl-Ərəb (Kobani) şəhərinə hücumu nəticəsində Suriya Demokratik Qüvvələrinin (SDQ) “Pərvin Məhəmməd Buzan” adlı komandirlərindən biri öldürülüb.

– İyulun 22-də Türkiyə dəstəkli silahlılar artilleriya hücumu ilə Təl Rəfətin mərkəzini hədəfə aldılar.

– İyulun 21-də Türkiyə ordusunun pilotsuz təyyarələri Eyn əl-Ərəb (Kobani) şəhərinin qərbində Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus tuneli hədəfə alıb.

– İyulun 21-də Əzaz şəhərində minalanmış bir avtomobil partladılıb. Ölənlərin sayı və hadisənin təfərrüatları barədə məlumat yoxdur.

2- İdlib:

– İyulun 22-də Türkiyə dəstəkli silahlılar İdlibin cənubundakı Dar əl-Kəbirə, Küfr Nəbəl və Hezarin bölgələrində Suriya ordusunun mövqelərini artilleriya atəşi ilə hədəfə alıb.

– İyulun 21-də Suriya ordusu Səraqib şəhərinə 14 tankdan ibarət hərbi karvan göndərdi.

– İyulun 22-də Türkiyə dəstəkli silahlılar Suriya ordusunun Səraqib şəhərindəki mövqelərini raket zərbəsi ilə hədəfə alıb.

3-Dəra:

İyulun 21-də Suriya ordusuna məxsus patrul avtomobilinin yoluna qoyulmuş bombanın Dəra şəhəri ətrafında partlaması nəticəsində 3 nəfər şəhid olub, 2 nəfər yaralanıb. Yardım qüvvələri qəza yerinə gəldikdən sonra daha bir bombanın partlaması nəticəsində iki Suriya hərbiçisidə yaralanıb.

4- Deyr əz-Zor:

İyulun 21-də ABŞ koalisiya qüvvələri Konko qaz zavodunda yerləşən ABŞ hərbi bazasında hərbi təlim keçirib.

5- Rakka:

– İyulun 22-də Suriya ordusu yaraqlılarla təmas xətlərini gücləndirmək üçün Rakkanın şimalında yerləşən Təl Əbyəzin qərb ətrafına hərbi konvoy göndərib.

– İyulun 22-də Amerika koalisiya qüvvələri 35-dən çox buldozer və qazma maşınını Suriya ordusunun 17-ci diviziyasının Rakkanın şimalındakı keçmiş qərargahına köçürüb. Amerika koalisiyasının bu qərargahda yeni baza tikmək fikrində olduğu bildirilir.

Onlayn xəritədə 17-ci Diviziyanın keçmiş qərargahının yerinə baxın

6- Hasəkə:

– İyulun 23-də Türkiyə dəstəkli silahlılar Suriya Demokratik Qüvvələrinin (SDQ) Təl Təmrin şimalında yerləşən “əl-Dərdarə” kəndindəki mövqelərini artilleriya hücumu ilə hədəfə alıb.

– İyulun 23-də Türkiyə dəstəkli silahlılar artilleriya hücumu ilə Təl Təmr ətrafında yerləşən “Ummul-Kif” kəndini hədəfə alıb.

– İyulun 23-də Suriya ordusu qüvvələri Amerika koalisiyasının beş zirehli maşından ibarət karvanının Qamışlı şəhərinin cənubunda yerləşən “Təl-Zəhəb” kəndinə daxil olmasına mane olub.

– İyulun 23-də Türkiyə ordusunun Qamışlı şəhərinin kənarında yerləşən Şurək kəndi ərazisində kürd silahlılarının avtomobilinə dronla hücumu nəticəsində 3 nəfər həlak olub.

– İyulun 20-də Rusiyanın Suriyadakı qüvvələrinin komandanı general Aleksandr Çayko Qamışlıda Suriya Demokratik Qüvvələrinin (SDQ) komandirləri ilə görüşüb və müzakirələr aparıb. O, bu görüşdə Rusiyanın Suriyanın şimalında Türkiyənin hər hansı hərbi əməliyyatına qarşı olduğunu açıqlayıb.

7- Laziqiyyə:

İyulun 21-də Rusiya Müdafiə Nazirliyi Laziqiyyə əyalətindəki Huməymim bazasına havada hücum edən iki pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb.

Daha çox oxuyun: Rusiya Huməymim bazasına yönələn dron hücumunu zərərsizləşdirib

8- İyulun 23-də Suriya Demokratik Qüvvələri (SDQ) və Asaiş Daxili Təhlükəsizlik Qüvvələri (YPG) bir sıra birgə əməliyyatlar zamanı Suriyanın şimal-şərqində 19 İŞİD üzvünü həbs edib.

9- İyulun 21-də Suriyadakı Rusiya Sülh Mərkəzi elan edib: Silahlı şəxslər İdlib bölgəsində 6 dəfə atəşkəsi pozub, bunlardan 1-i Laziqiyyə vilayəti, 5-i isə Hələb vilayəti ilə bağlı olub.

Daha keyfiyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir