İraqın şimalındakı Türkiyə hərbi bazasına raket hücumu olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun Ninova əyalətinin şimalında yerləşən Zelkan bölgəsindəki hərbi bazası “Əhrar əl-İraq” qruplaşmasının raket hücumuna məruz qalıb.
İyulun 22-də Türkiyə ordusunun Mosulun şimalında yerləşən Zelkan bölgəsindəki Başika hərbi bazası 14 Qrad raketi ilə hədəfə alınıb. İslami müqavimət briqadası “Əhrar əl-İraq” bəyanat yayaraq bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb. “Əhrar əl-İraq” qrupunun məlumatına görə, bu hücum Türkiyə ordusunun Duhuk əyalətinə artilleriya hücumu nəticəsində çox sayda turistin yaralanmasına və həlak olmasına cavabdır.
Daha çox oxuyun: İraqın şimalındakı turizm bölgəsinə Türkiyənin artilleriya hücumu + VİDEO
“İslam Dünyası Xəbərləri” agentliyinin araşdırmalarına görə, bu, cari ilin əvvəlindən bəri Başika hərbi bazasına qarşı 10-cu raket hücumudur.
Bu il iyunun 26-da da Başika hərbi bazası dörd Qrad raketi ilə hədəfə alınmışdı.
Daha çox oxuyun: İraqın şimalındakı Türkiyə hərbi bazasına raket hücumu olub
Raketlərin atıldığı yer
Rəy