Mali Vətəndaş müharibəsindən ən son xəbərlər, 20 İyul 2022

Cümə axşamı 21 İyul 2022 - 00:11
https://az.iswnews.com/?p=10450

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terror qruplaşması Malinin şərqində rusiyalı müşavirlərin kəşfiyyat dronunu vurub.

İŞİD terror qruplaşmasının son bəyanatına əsasən, iyulun 18-də bu qruplaşmanın yaraqlıları Malinin şərqində yerləşən Manaka əyalətində rusiyalı müşavirlərə (Vaqner kimi tanınan) məxsus Orlan-10 kəşfiyyat dronunu vurublar. Bu bəyanatda İŞİD son günlər Afrikada baş verən son qarşıdurmaları xatırladıb və həmçinin Mali, Niger və Burkina-Fasonun şimalındakı hərbi bazalara qarşı son hücumların məsuliyyətini öz üzərinə götürüb.

Mali, Burkina-Faso və Nigerdə ​​İŞİD-in son hücumları nəticəsində 6 maşın məhv edilib, Burkina-Fasoda 17 əsgər öldürülüb, Azavad hərəkatının 2 üzvü əsir götürülüb, Nüsrətül-İslam və Müslimin qruplaşmasının 11 üzvü isə İŞİD-ə qoşulub.

Bu bəyanat İŞİD yaraqlılarının Nüsrətül-İslam və Müslimin yaraqlıları ilə son toqquşmalarda məğlub olduqları və Qao vilayətinin şərqindəki Enazul və Təlatəyə bölgələrinin nəzarətini onlara təhvil verdikləri bir vaxtda verilib.

Daha çox oxuyun:

Malidə baş verən son hadisələr, 23 İyun 2022

İŞİD-in Malinin şərqində vurduğu “Orlan 10” dronunun qalıqlarının görüntüləri

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir