İraqda baş verən son hadisələr, 19 İyul 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İraq Ordusunun Birləşmiş Qərargah rəisi Əbdüləmir Rəşid Yarallah hərbi nümayəndə heyətinin başçılığı ilə Həşd üş-Şabi Təşkilatının Səlahəddin əyalətindəki əməliyyat bölmələrində olub.
1- əl-Ənbar:
İyulun 16-da İraq təhlükəsizlik qüvvələri əl-Ənbar vilayətində 12 İŞİD üzvünü həbs edib.
2- Kərkük:
İyulun 16-da İraq təhlükəsizlik qüvvələri Kərkük vilayətində 7 İŞİD terrorçusunu həbs edib.
3- Səlahəddin:
– İyulun 19-da Amerika işğalçılarının logistika karvanı Səlahəddin əyalətində “Beynəlxalq Müqavimət” qruplaşmasının hücumuna məruz qalıb.
– İyulun 17-də İraq Ordusunun Birləşmiş Qərargah rəisi Əbdül Əmir Rəşid Yarallah hərbi nümayəndə heyətinin başçılığı ilə Səlahəddin əyalətində Həşd üş-Şabi təşkilatının və digər təhlükəsizlik qüvvələrinin əməliyyat bölmələrinə baş çəkib.
– İyulun 16-da İraq təhlükəsizlik qüvvələri tərəfindən Səlahəddin əyalətində İŞİD-in 7 üzvü həbs edilib.
4-Ninova:
İyulun 17-də Mosulun qərbində Türkiyə ordusuna məxsus dronun hücumu nəticəsində 5 nəfər həlak olub. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
5- Dəhuk:
İyulun 19-da Zaxo şəhərindəki qaçqın düşərgəsi Türkiyə ordusunun təyyarələri tərəfindən hücuma məruz qalıb.
6- İyulun 17-də BƏƏ prezidenti və İraqın baş naziri Ciddə Təhlükəsizlik və İnkişaf Sammiti çərçivəsində iki ölkə arasındakı əlaqələr və onların gücləndirilməsi barədə müzakirə ediblər.
7- İyulun 15-də Müqtəda Sədr bəyan edib ki, idarə oluna bilməyən silahların mövcudluğu ilə yeni İraq hökumətinin qurulması mümkün deyil, ona görə də bütün qüvvələrdən silahlı qrupları ləğv etməyi xahiş edirəm.
8- İyulun 16-da ABŞ prezidenti Co Bayden və İraq baş naziri Mustafa Əl-Kazimi Səudiyyə Ərəbistanının Ciddə şəhərində görüşüblər. İraqın baş naziri ABŞ prezidenti ilə görüşündə bu ölkənin təhlükəsizlik və iqtisadiyyat sahələrində İraqa yardımını və terrorla mübarizədə dəstəyini yüksək qiymətləndirib.
9- İraq baş naziri Mustafa Əl-Kazimi, Səudiyyə Ərəbistanı kralı və vəliəhdinə Ciddədə keçirilən sammitə görə təşəkkür edib.
Rəy