Fələstində baş verən son hadisələr, 10 İyul 2022

Bazar ertəsi 11 İyul 2022 - 06:11
https://az.iswnews.com/?p=10134

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Eritreya hökumətinin İsrail səfirinin iki il ərzində ölkə paytaxtına daxil olmasına dəfələrlə etiraz etməsi Təl-Əvivi bu ölkədəki səfirliyini bağlamağa məcbur etdi.

– İyulun 9-da İsrailin müharibə naziri Benni Qantz Ramallahda Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşüb və müzakirə edib.

– İsrailli bir tarixçi müvəqqəti sionist rejimin 1967-ci ilin iyun müharibəsində həlak olan Misir əsgərlərinə qarşı yeni cinayətini açıqlayıb. Ərəb ölkələri ilə müharibə zamanı bu rejimin ordusu 1967-ci ildə İordaniya qüvvələrinin yardımçı qüvvəsi kimi müharibədə iştirak etmiş 70-dən çox Misir komandosunun cəsədini bir yerdə basdırıb, sonra isə onun üzərində dayanacaq salıb.

– Sionist rejimin müharibə naziri Benni Qantz 2020-ci ilin sentyabrında İbrahim sazişinin imzalanmasından sonra rejimin ərəb ölkələri ilə 3 milyard dollarlıq silah satışı müqaviləsi imzaladığını, təbii ki, Misir və İordaniyanın bura daxil olmadığını açıqlayıb.

– İbranidilli Kan mediası Somali prezident ofisinə istinadən xəbər verir ki, Moqadişu Təl-Əvivlə münasibətlərin normallaşdırılması məsələsində parlament üzvləri və digər partiyalarla məsləhətləşmələrə başlamaq niyyətindədir.

– Sionist rejimin müharibə naziri İsrailin bir sıra fələstinli məhbusların azad edilməsi müqabilində Qəzzada əsir götürülən İsrail əsgərlərinin geri qaytarılması üçün müqavilə imzalamağa çalışdığını açıqlayıb.

– İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar koordinatorunun regionda hava hücumundan müdafiə sistemlərinin tamamlanması məsələsinə cavab olaraq, məsələnin təxribat xarakterli olduğunu və İran İslam Respublikasının bu bəyanatları milli təhlükəsizliyə təhdid kimi qiymətləndirdiyini və regional olaraq baxdığını deyib.

– İsrail mediası “Jerusalem Post” sionist rejimin baş nazirinin ofisindəkı bəzi mənbələrə istinadən xəbər verir ki, İsrail rejiminin baş naziri “Yair Lapid” bu rejimin Eritreyadakı səfirliyinin bağlandığını və Mozambikdəki səfirliyin açılmasını təsdiqləyib. Eritreya hökuməti son iki ildir ki, İsrail səfirinin ölkə paytaxtına daxil olmasına mane olurdu.

– İsrailin baş nazirinin ofisi Yair Lapid və ikinci Abdullah arasında Qurban bayramı münasibətilə telefon danışığını açıqlayıb.

– Sionist rejimin baş naziri “Yair Lapid” bəyan edib ki, İsrail İranın nüvə proqramına qarşı çıxmaq üçün siyasi və hərbi fəaliyyət azadlığı hüququnu özündə saxlayır. Biz bütün region ölkələrinə əlimizi uzadırıq və onlarla münasibət qurmağı, tarixi dəyişməyi diləyirik.

– Washington Post qəzeti Co Baydenə istinadən yazıb ki, mən, İsraildən birbaşa Səudiyyə Ərəbistanına uçan ilk Amerika prezidenti olacam.

– Sionist rejimin təhlükəsizlik qüvvələri son 24 saat ərzində İordan çayının qərb sahilində 5 fələstinlini həbs edib. Sionist ordunun sözçüsü iddia edib ki, həbs olunanların hamısı axtarışdadır və üzərlərində silah olub.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir