İraqda baş verən son hadisələr, 7 İyul 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Həşdi Şabi Təşkilatının 41-ci Briqadasının qüvvələri İŞİD təhdidləri ilə mübarizə aparmaq üçün Samirra şəhərinin cənubunda yerləşən Təl əz-Zəhab bölgəsində təhlükəsizlik əməliyyatına başlayıb.
1- Bağdad:
– İyulun 4-də İraqın baş naziri Mustafa Əl-Kazimi amerikalı senator Lindsi Qrahamla görüşüb və söhbət edib. Bu görüşdə Əl-Kazimi ikitərəfli əlaqələrin gücləndirilməsinə və iqtisadi, mədəni və təhsil sahələrində birgə əməkdaşlığın artırılmasına çağırıb.
– İyulun 5-də İraq parlamentinin sədri Məhəmməd Əl-Halbusi Bağdadda İran İslam Respublikasının səfiri Məhəmməd Kazim Əl-Sadiq ilə görüşüb və söhbət edib. Bu görüşdə iki tərəf İraq və İran arasında ikitərəfli əlaqələri və birgə əməkdaşlığın artırılmasını nəzərdən keçirib. İyulun 6-da İraqın baş naziri Mustafa Əl-Kazimi Almaniya və İtaliyanın İraqdakı səfirləri ilə görüşüb və müzakirələr aparıb.
2- Səlahəddin:
– İyunun 30-da İŞİD ünsürlərindən biri Səlahəddin əyalətində Həşd əş-Şabi qüvvələri tərəfindən həbs edilib. – İyulun 3-də Məkişifəh bölgəsində amerikalı terrorçuların logistika karvanı İraq müqavimət qrupları tərəfindən hücuma məruz qalıb.
– İyulun 6-da Həşd əş-Şabi Təşkilatının 41-ci Briqadasının qüvvələri İŞİD təhdidləri ilə mübarizə aparmaq üçün Samirra şəhərinin cənubunda yerləşən Təl Əl-Zəhab bölgəsində təhlükəsizlik əməliyyatına başlayıb.
3-Ninova:
İyunun 30-da İraq təhlükəsizlik qüvvələri Mosuldakı “Əl-Cəda” düşərgəsinə girməzdən əvvəl “Əbu Fəllah” adlı İŞİD üzvlərindən birini həbs etməyə nail olub.
4- Əl-Anbar:
İyulun 3-də İraq hərbçilərinin əl-Ənbar vilayətində təhlükəsizlik əməliyyatı zamanı İŞİD terror qruplaşmasının səhra komandirlərindən biri həbs edilib.
5-Kərkük:
İyulun 6-da İraq ordusunun 14-cü diviziyasının kəşfiyyat bölməsi ilə 51-ci piyada briqadasının əməkdaşlığı nəticəsində Karav dağlarında İŞİD-in iki səhra komandiri öldürülüb.
6- İyulun 1-də İraqın Həşd əş-Şabi Təşkilatı Spayker cinayətinin ən görkəmli icraçılarından olan “Zərğam Əbu Heydər” adlı şəxsin həbs edildiyini açıqladı. Bu terrorçu Spayker cinayətinin ən azı 600 şəhidini edam etdiyini etiraf edib.
7- İyulun 6-da İran İslam Respublikası daxili işlər nazirinin müavini təhlükəsizlik memorandumunun icrasını izləmək məqsədilə çərşənbə günü yüksək səviyyəli siyasi, təhlükəsizlik, hərbi və hüquq-mühafizə heyətinə başçılıq edib və İmam Hüseynin(ə) Ərbəin zəvvarlarının ziyarəti üçün tədbirlər görmək məqsədilə İraq Daxili İşlər Naziri və Daxili İşlər Nazirliyinin hərbi-təhlükəsizlik rəsmiləri ilə görüşüb.
8- İyulun 6-da İraqın Terrorla Mübarizə Təşkilatı Bağdad və Süleymaniyyədə iki İŞİD üzvünün həbs edildiyini açıqlayıb.
Rəy