Bəlxabın məzlum şiələrinə qarşı Talibanın etdiyi cinayətlərin pərdə arxası + VİDEO və FOTO

Bazar ertəsi 4 İyul 2022 - 19:05
https://az.iswnews.com/?p=9866

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, yüzlərlə Bəlxab şəhərinin sakini didərgin salındıqdan sonra bu şəhərin dini yerləri Taliban silahlıları tərəfindən təhqir edilib.

Bəlxab şəhərinin Bamyan vilayətinin ətraf kəndlərindəki didərgin düşmüş qaçqınlarının paylaşılmış video və şəkillərinə əsasən, Bəlxab əhalisinin vəziyyətinin ağır olduğu bildirilir. Taliban silahlılarının bu qrupun həzarə komandiri Mehdi Mücahidi həbs etmək üçün hücumundan sonra bu ərazilərin əhalisi qətliam və işgəncə qorxusundan ətrafdakı dağlara və kəndlərə qaçıb.

Bu insanların hazırda heç bir təhlükəsizlik və dolanışıq dəstəyi yoxdur və onların digər ölkələrin və beynəlxalq qurumların təcili dəstəyinə ehtiyacı var.

Mərkəzi Tarxuc məntəqəsi olan Bəlxab şəhəri Əfqanıstanın şimalında Sərepol vilayətinin şəhərlərindən biridir. Əfqanıstanda onlarla məktəb və dini ocaqların olması səbəbindən Bəlxab “İkinci Qum” adı ilə tanınır və keçmişdə Əfqanıstanın şiə tələbələri və din alimləri təhsil almaq üçün bu şəhərə səfər edirdilər. Bəlxab əhalisi məşhur əfqan mücahidlərindən olan Seyid Həsən Səfainin başçılığı ilə Əşrəf Qəni hökumətinin süqutu zamanı Talibana qarşı durmuş və nəhayət münasib şərtlərlə barışmış, lakin Mehdi Mücahidin fitnəsi zamanı bu şəhərin məzlum xalqı öz yerlərindən qaçqın düşməyə məcbur olub və bu şəhərin müqəddəs məkanlarına Taliban tərəfindən hörmətsizlik və basqına zəmin yaratmışdır.

Taliban silahlıları tərəfindən Bəlxab şəhərində məscidlərdən birinin təhqir olunmasının videosu
Taliban silahlıları tərəfindən Bəlxab şəhərinin Hüseyniyyəsinin təhqir edilməsinə aid video
Video №1: Bəlxabın məzlum qaçqınlarının acınacaqlı vəziyyəti
Video №2: Bəlxabın məzlum qaçqınlarının acınacaqlı vəziyyəti
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir