Sionist hərbçilərin komandiri Nablusa basqın zamanı yaralanıb + VİDEO

Cümə axşamı 30 İyun 2022 - 20:13
https://az.iswnews.com/?p=9629

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin müqavimət qüvvələrinin “sionist mühacirlər”in Nablusda Həzrət Yusif peyğəmbərin (ə) məqbərəsinə basqını zamanı 64 fələstinli və əs-Samirə briqadasının komandiri də daxil olmaqla 4 sionist yaralanıb.

İyunun 29-u axşam saatlarında sionist mühacirlər İsrail hərbçilərinin dəstəyi ilə İordan çayının qərb sahilinin Nablus şəhərində Həzrət Yusifin (ə) məqbərəsinə basqın ediblər və Fələstin müqavimət qüvvələri İsrail hərbçiləri ilə üzləşmək üçün onlara atəş açıblar. Atışma zamanı sionist ordusunun əs-Samirə briqadasının komandiri “Roei Tzaviq” və daha üç sionist mühacir yaralanıb.

İsrail qüvvələri fələstinlilərə qarşı gözyaşardıcı qaz və həqiqi güllələrdən istifadə edərək, bir neçə uşaq da daxil olmaqla 64 fələstinlini yaralayıb və sionist mühacirlərin Yusif peyğəmbərin (ə) məqbərəsini tərk etməyə kömək ediblər.
Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan əl-Qüds taborlarına bağlı “Kətibətu Nablus” bəyanat yayaraq, İsrail əsgərlərinə hücum və sionistlərin Həzrət Yusifin (ə) məqbərəsinə hücumuna cavab olaraq məsuliyyəti öz üzərinə götürüb.

Dünən gecə baş verən toqquşmalar İsrailin təhlükəsizlik və kəşfiyyat orqanlarının İordan çayının qərb sahilində Fələstin müqavimət qüvvələrini müəyyən etmək üçün davamlı təhlükəsizlik əməliyyatları apardığı bir vaxtda baş verib və bu toqquşmalar İsrail təhlükəsizlik qüvvələrinin Fələstin müqavimət üzvləri ilə qarşılaşmaq üçün səy və hərəkətlərinin olduğunu göstərir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir