Suriyada baş verən son hadisələr, 28 İyun 2022

Çərşənbə axşamı 28 İyun 2022 - 22:20
https://az.iswnews.com/?p=9548

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya Demokratik Qüvvələrinin (SDQ) xüsusi təyinatlıları ABŞ koalisiyasının dəstəyi ilə Deyr əz-Zorun şərq ətraflarında üç İŞİD üzvünü həbs edib.

1- Hələb:
– İyunun 27-də Eyn əl-Ərəb şəhərinin qərb ətraflarında 144-cü Rusiya-Türkiyə birgə hərbi patrulu keçirilib.
– İyunun 27-də Cerablus şəhərində iki minalanmış avtomobilin partlaması nəticəsində 5 mülki şəxs yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
– İyunun 27-də Mənbicin şimalında Türkiyənin dəstəklədiyi terrorçuların mövqeləri kürd qüvvələrinin artilleriyası tərəfindən hədəfə alınıb.
– İyunun 27-də Mənbicin şimalındakı əl-Dadat kəndi Türkiyənin dəstəklədiyi terrorçular tərəfindən artilleriya ilə hədəfə alınıb.
– İyunun 27-də Təll-Rəəfət məntəqəsi üzərində Türkiyəyə məxsus hərbi dronun uçuşu görünüb.
– İyunun 28-də Afrinin ətrafındakı Şərava bölgəsi Türkiyənin dəstəklədiyi terrorçular tərəfindən artilleriya ilə hədəfə alınıb.

2- İdlib:
– İyunun 28-də Suriya ordusu əl-Futeyra, Bənin və Kansafra bölgələrində terrorçuların mövqelərini artilleriya ilə hədəfə alıb.
– İyunun 27-də ABŞ dronları İdlib-Biniş yolunda motosikleti vurub, bir nəfər həlak olub. ABŞ ordusunun Qərbi Asiyadakı Terror Qərargahı (Centcom) Suriyanın İdlib əyalətindəki hədəfə hücum xəbərini təsdiqləyərək, “Hərasuddin” (Əl-Qaidə terror qruplaşmasının qolu) terrorçularının cəbhə komandiri Əbu Həmzə Əl-Yəməni adlı şəxsin öldüyünü açıqlayıb.

3- Dəraa:
İyunun 27-də naməlum silahlı şəxslərin Sənəmeyn şəhərindəki evə hücumu nəticəsində 5 mülki şəxs şəhid olub, iki nəfər yaralanıb.

4- Deyr əz-Zor:
– İyunun 28-də ABŞ koalisiya qüvvələri Ziban qəsəbəsinin ətrafında patrul xidməti keçirib.
– İyunun 26-da ABŞ koalisiyasının dəstəyi ilə Suriya Demokratik Qüvvələrinin (SDQ) xüsusi təyinatlıları Deyr əz-Zorun şərq ətraflarında təhlükəsizlik əməliyyatı keçirib. Nəticədə 3 İŞİD üzvü həbs edilib.

5- Raqqa:
İyunun 28-də Türkiyəyə məxsus hərbi dron Eyn-İsa şəhəri üzərində uçub.

6- Həsəkə:
– İyunun 26-da Həsəkənin Əziziyyə məhəlləsində bombanın partlaması nəticəsində 3 mülki şəxs yaralanıb. Daxili Təhlükəsizlik Qüvvələri (YPG) partlayışı törədənlərin müəyyən edilməsi üçün araşdırmalara başlayıb.
– İyunun 28-də Türkiyə hərbi hava qüvvələrinin Suriya Demokratik Qüvvələrinin (SDQ) Malikiyyə şəhərinin ətrafında iki maşınına endirdiyi zərbə nəticəsində 4 SDQ üzvü yaralanıb.

7- İyunun 27-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsizlik dəhlizi tamamlanan kimi Suriyada hərbi əməliyyatlara başlayacaqlarını açıqladı.

Keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir