Yəməndə baş verən son hadisələr, 27 İyun 2022

Bazar ertəsi 27 İyun 2022 - 15:17
https://az.iswnews.com/?p=9450

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin Qurtuluş Hökumətinin hərbi komitəsi BMT-nin Təiz-Sənaa və Təiz-Ədən yollarının yenidən açılması planı ilə razılaşıb.

1- Təiz:
Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə Yəməndə atəşkəs danışıqlarının davamında Yəmənin Qurtuluş Hökumətinin hərbi komitəsi BMT-nin Təizdə iki yol marşrutunun açılması planı ilə razılaşıb. Bu marşrutlar bunlardan ibarətdir: birinci marşrut Təiz şəhərinin şimal-şərq yoludur (Salə-Sənaa) və ikinci marşrut Təizin cənub-qərb yoludur (Ləhic-Ədən).

2- Mərib:
Əl-Yəman əl-Səid qüvvələrinin komandirlərindən biri olan Əbdül Rəzzaq əl-Baqma (Səğir bin Əzizin komandanlığı altında) Vadi Ubeydəyə gedən yolda və şəxsi avtomobilində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

3- Əl-Hudəydə:
– Səudiyyə koalisiya qüvvələri bu əyalətdə son 48 saat ərzində atəşkəs rejimini 144 dəfə pozub.
– Tariq Saleh Təhamə qüvvələrinin hərbi komandirləri ilə görüşdükdən sonra onların tam olaraq onun tabeliyində olan qüvvələrə qoşulduqlarını açıqladı.

4- Şəbvə:
“Golf Itos” gəmisi Razum limanından 400 min bareldən çox (44 milyon dollar dəyərində) xam neft yüklədikdən sonra Şəbvə əyalətinin sahillərini tərk edərək çox ehtimal ki, məqsədi BƏƏ dir.

5- İyunun 25-də İran İslam Respublikasının Prezidenti Höccətülislam vəl Müslimin Rəisi Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi Əl-Məşşat ilə telefon danışığında Yəmənin mühasirəsinin götürülməsi və sülhün tam təmin olunmasına qədər İranın Yəmənə dəstək olacağını vurğulayıb. Əl-Məşşat həmçinin İranın Yəmən və Fələstinə olan dəstəyini və mövqelərini yüksək qiymətləndirib və iki ölkə arasında əlaqələrin gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsini istəyib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir