İraqın şimalındakı Türkiyə hərbi bazasına raket hücumu olub
Bazar 26 İyun 2022 - 21:39
https://az.iswnews.com/?p=9388
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyənin İraqın şimalındakı Neynəva əyalətinin Zelkan bölgəsindəki hərbi bazası naməlum şəxslər tərəfindən atılan raketlə hədəfə alınıb.
İyunun 26-da Mosulun şimalında, Zelkan bölgəsində Bəəşiqə Türkiyə hərbi bazasına dörd Qrad raketi atılıb. Hücumla bağlı əlavə təfərrüatlar açıqlanmayıb və heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin hesablamasına əsasən bu, cari ilin 21 martından bəri Bəəşiqə hərbi bazasına edilən 9-cu raket hücumudur.
Həmçinin bu il iyunun 17-də Bəəşiqə hərbi bazasına 5 Qrad raketi atılmışdır.
Daha çox oxuyun:
Şimali İraqdakı Türkiyə hərbi bazasına raket hücumu
Rəy