İsrailin hücumundan sonra Dəməşq hava limanı yenidən açılıb + FOTO

Cümə 24 İyun 2022 - 01:37
https://az.iswnews.com/?p=9252

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Dəməşq hava limanı İsrail ordusunun hücumu nəticəsində yaranan dağıntılar səbəbindən iki həftəlik işinin dayandırılmasından sonra fəaliyyətini bərpa edib.

İyulun 22-də Suriya Nəqliyyat Nazirliyi Dəməşq Beynəlxalq Hava Limanının açılışını elan edib. Nazirlik bildirib ki, hava limanı İsrailin hücumu nəticəsində uçuş-enmə zolağına və hava limanının avadanlıqlarına ciddi ziyan dəydikdən sonra sərnişinlərə və şirkətlərə xidmət göstərmək üçün əlindən gələni edəcək. Suriya Hava Yolları şirkəti bütün uçuş planlarının cümə axşamı (23 iyun) günündən etibarən mövcud olacağını açıqladı.

Dəməşq hava limanından yayılan son peyk görüntüləri də İsrailin Suriyaya son müdaxiləsindən sonra zədələnmiş uçuş-enmə zolaqlarının təmirinin başa çatdığını göstərir.

Xatırladaq ki, Dəməşq Beynəlxalq Hava Limanı iyunun 10-da sionist rejim tərəfindən hücuma məruz qalmış, bundan sonra Dəməşq Beynəlxalq Hava Limanında bütün uçuşlar dayandırılmış və bu ölkənin uçuşları Hələb və Latakiya kimi digər hava limanlarına köçürülmüşdür.

Daha çox oxuyun:

İsrail Dəməşqin cənubuna bir neçə raketlə hücum edib

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir