Fələstində baş verən son hadisələr, 21 İyun 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Saraya Əl-Qüdsün sözçüsü Əbu Həmzə “Əzmus-Sadiqin” təliminin uğurla başa çatdığını açıqlayıb.
– Yerli mənbələr İsrail qüvvələrinin Qəzza zolağının şimal sularında fələstinli balıqçılara atəş açaraq onları sahilə qayıtmağa məcbur etdiyini bildirib.
– İranın Zahidan şəhərinin prokuroru Sistan və Bəlucistan əyalətində İsrail casus təşkilatının agentlərinin həbs edildiyini açıqlayıb. O, şübhəlinin müəyyən edilməsi üçün səkkiz aylıq təqibə toxunaraq, bəzi iranlı nüvə alimlərinin öldürülməsinin Mossad ünsürlərinin gündəmində olduğunu bildirib.
– Son 24 saat ərzində 20 fələstinli İordan çayının qərb sahilində anti-İsrail əməliyyatları keçirməyə cəhd ittihamı ilə İsrail ordusu tərəfindən saxlanılıb.
– İbranidilli medialar xəbər verir ki, dünən Naftali Bennett və Yair Lapid tərəfindən razılaşdırılan İsrail Knessetinin fəaliyyətinin dayandırılması nəticəsində yeni seçkilərin keçirilməsi İsrailin müharibə naziri Benni Gantsın yeni İsrail ordusunun baş qərargah rəisi kimi seçilməsi səylərinə mane ola bilər.
– Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Saraya Əl-Qüdsün sözçüsü Əbu Həmzə “Əzmus-Sadiqin” təliminin uğurla başa çatdığını açıqlayıb. Qəzza zolağında bir neçə əməliyyat cəbhəsində keçirilən təlimdə yüzlərlə Saraya Əl-Qüds döyüşçüsü iştirak edib. Təlim bazar ertəsi səhər saat 09:00-da (yerli vaxtla) başlayıb və həmin gün axşam saatlarında başa çatıb.
– İsrailli jurnalist Barak Ravid iddia edir ki, ABŞ prezidenti Co Bayden iyulun 13-də işğal olunmuş Fələstinə səfəri zamanı İsrail baş nazirinin müavini Yair Lapid ilə görüşəcək.
– İbrani dilində yayımlanan “Kan” kanalı rejimin iki həftə əvvəl Suriyada Dəməşq Beynəlxalq Hava Limanına hücumundan sonra Rusiyanın sionist rejimə qarşı qətnamə qəbul etmək niyyətində olduğunu açıqladı.
– Baş nazir Naftali Bennett və İsrailin xarici işlər naziri Yair Lapid Knessetin işinin dayandırılması və erkən seçkilərin keçirilməsi barədə razılığa gəliblər. Razılaşmaya əsasən, Lapid tezliklə İsrailin baş naziri təyin ediləcək və seçkilərin tarixi 25 oktyabr 2022-ci ildir.
– Sionist rejimin maliyyə naziri Liberman bəyan etdi ki, bizim məqsədimiz “Benyamin Netanyahunun” hakimiyyətə qayıtmasının qarşısını almaqdır.
– İsrailin Müharibə Naziri Benni Gantz bildirib ki, İsrail ABŞ-ın dəstəyi ilə İrana qarşı regional hava hücumundan müdafiə koalisiyası yaradır.
Rəy