İmam Sahib şəhərindəki Əl-Rəis məscidində terror partlayışı

Şənbə 18 İyun 2022 - 23:01
https://az.iswnews.com/?p=9000

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Kunduz vilayətinin şimalında yerləşən İmam Sahib şəhərindəki məsciddə törədilən terror aktı nəticəsində 42 dinc sakin həlak olub və yaralanıb.

Dünən, iyunun 17-də İmam Sahib şəhərinin Əlif Birdi kəndində yerləşən Əl-Rəis Məscidində baş verən terror partlayışı nəticəsində 12 mülki şəxs şəhid olub, 30 nəfər yaralanıb. Lakin terror aktını təsdiqləyən Kunduz Təhlükəsizlik Komandanlığının sözçüsü Qari Ubeydullah Abedi, itkilərin olmadığını bildirib.

Hücuma görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Amma yerli media Əfqanıstandakı bu cür terror aktlarında İŞİD-i günahlandırır. Kunduz Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra hər zaman terrorçu qrupların hücumuna məruz qalan yerlərdən biridir.

Daha çox oxuyun:

Məzari-Şərif və Kunduzda terror partlayışları + FOTO

Terror aktı; Bu dəfə Kunduz əyalətindəki əhli sünnə məscidində + VİDEO və FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir