Cənində üç fələstinli müqavimətçi şəhid olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Cənin şəhərində İsrail hərbçiləri tərəfindən avtomobilin atəşə tutulması nəticəsində Əl-Qəssam taborlarının 3 üzvü şəhid olub.
İyunun 17-də İsrail qüvvələri İordan çayının qərb sahilində yerləşən Cənin şəhərinin şərqində avtomobilə atəş açaraq, Həmas silahlı qolu olan Əl-Qəssam taborlarının 3 üzvünü şəhid edib.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, şəhid olanların adları Yusif Nasir Salah (23 yaş), Leys Salah Əbu Sərvər (24 yaş) və Bəraa Kamal Ləhuldur (24 yaş).
Hadisədən sonra HƏMAS-ın sözçüsü Fəvzi Bərhum deyib: Cənin şəhidlərinin qanı sionist düşmənin törətdiyi növbəti cinayətdir və bu rejimə qarşı müqavimət və mübarizəni gücləndirmək üçün stimul kimi istifadə olunmalıdır.
Rəy