İlham Əliyev Səudiyyə Ərəbistanının Kral Feysəlin İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Səudiyyə Ərəbistanının Kral Feysəlin İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Türki Al Feysəl Ali Səudu qəbul edib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin Azərbaycan Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Söhbət zamanı Türki Al Faysal Al Saudun ötən il Azərbaycana səfəri və İlham Əliyevlə görüşü məmnunluqla xatırlanıb.
Sayt bildirir ki, bu görüşdə IX Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirdə çox sayda nüfuzlu qonağın iştirak etməsi Foruma olan marağın göstəricisi kimi qiymətləndirilib.
Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb.
P.S: Bu şəxs Səudiyyədə, xarici olkələrdə mütəşəkkil vəhhabi terror şəbəkələrinin əsas beyni kimi tanınır. O cümlədən İŞİD kimi terror qruplaşmalarının yaranmasında böyük rolu olub.
Rəy