Sionist rejimin elektrik şəbəkəsi sındırıldı! + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin məlumatına görə, sionist rejimin elektrik şəbəkəsi “Musanın Əsası” haker qrupunun kiberhücumuna məruz qalıb.
“Musanın Əsası” haker qrupu zip faylı paylaşmaqla və həm ingilis, həm də ivrit dillərində video yayımlamaqla bunun yalnız başlanğıc olduğunu açıqlayıb. Onlar bildiriblər ki, bundan sonra sionist rejimi ciddi ziyan gözləyir. Bu qrup əlavə edib: “Biz səni cəzalandıracağıq. Məqsəd aydın, düz və dəqiqdir. Bu, elektrik şəbəkəsinə çıxışımızın yalnız kiçik bir hissəsidir. Tezliklə qaranlıqda qalacaqsınız.”
“Musanın Əsası” (Moses staff) haker qrupu bundan əvvəl də sionist rejimin infrastrukturuna kiberhücum edərək məxfi sənədləri, o cümlədən İsrail hərbçilərinin şəxsi məlumatları, maliyyə hesabatları və s.-ni əldə edib yayımlamışdır.
Rəy