Səudiyyə koalisiyasının Hərəz şəhərinin cənubuna ağır hücumu + Foto
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Hərəz şəhərinin cənub girişində Səudiyyə koalisiya qüvvələri ilə Ənsarullah arasında qarşıdurmalar davam edir.
Həccə əyalətinin şimal cəbhəsindən alınan son xəbərlərə görə, Səudiyyə koalisiya qüvvələri Hərəz şəhərinin cənub girişində irəliləyir və Ənsarullahla qarşıdurmadadır.
Bu arada Səudiyyə koalisiyasının PUA-rı və qırıcı təyyarələri Ənsarullahın şəhərdə yerləşən müdafiə mövqelərinə hücumlarını davam etdirir.
Səudiyyə koalisiyasının 20-dən çox üzvü, o cümlədən Beşinci Hərbi bölgənin maliyyə direktoru general-mayor Maacid ər-Riyadi və Mənsur Hadinin Həccə cəbhəsindəki qüvvələrinin komandirlərindən olan briqada generalı Yəhya Heykəl əl-Səmini Ənsarullah tərəfindən Ahim üçbucağı və Əl-Təvval keçidinə raket hücumları zamanı öldürülüb.
Ümumiyyətlə, Səudiyyə koalisiyası Hərəz şəhərinin kommunikasiya yollarını nəzarətə alaraq Ənsarullahı Hərəz şəhərini mühasirəyə oxşar bir vəziyyətə salıb. Ənsarullahın quru döyüşlərinə hazır olmasına baxmayaraq, bu vəziyyət heç də ürək açan deyil. Hərəz Ənsarullahın Cizan sərhədlərindəki ən mühüm bazasıdır.
Digər tərəfdən, Ənsarullah Səudiyyə koalisiyasının Səədə vilayətinin qərb sərhədlərində Əl-Xəvbə qəsəbəsinin kənarındakı mövqelərinə hücum edib. Bu qəfildən baş verən hücum Səudiyyə koalisiyasına ciddi ziyanlar vurub və indiyə qədər münaqişənin istiqamətlərini dəyişməyib.
Daha çox oxuyun:
Həccə əyalətinin şimalında baş verən son hadisələr, 5 fevral 2022-ci il
Rəy