Azərbaycan hökuməti Füzulidə şərab zavodu tikmək istəyir

Cümə axşamı 16 İyun 2022 - 14:36
https://az.iswnews.com/?p=8808

Layihənin həyata keçirilməsi “Agdam Wine” brendini bərpa etməyə və məhsulların Rusiya bazarına çıxarılmasını təşkil etməyə imkan verəcək.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin “İnterfaks-Azərbaycan” saytına istinadən verdiyi məlumata görə Layihə 1,6 milyon şüşə şərab istehsalı üçün şərab zavodlarının yaradılmasını nəzərdə tutur.

İnterfaks-Azərbaycan agentliyi bildirib ki, rəsmi mənbələrdən əldə etdiyimiz məlumata görə layihənin həyata keçirilməsi üçün investorların cəlb edilməsi planlaşdırılır.
Fizulinin Yuxarı Veysəlli kəndində mövcud olan üzüm bağları, zavodların xammalla təmin olunması üçün istifadə olunacaq və gələcəkdə yeni üzüm bağlarının salınması nəzərdə tutulmuşdur.
Hazırda üzüm bağları üçün orqanik sertifikatın (Ecocert Organic Standard, EOS) alınması üçün danışıqlar aparılır.
Layihənin təxmini dəyəri 11,5 – 12,5 milyon dollar arasında dəyişir.
Layihənin həyata keçirilməsi “Agdam Wine” brendini bərpa etməyə və məhsulların Rusiya bazarına çıxarılmasını təşkil etməyə imkan verəcək.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir