Hakerlər İsrail rəsmilərinin elektron poçtlarını sındırdılar!

Çərşənbə 15 İyun 2022 - 18:23
https://az.iswnews.com/?p=8750

“İslam Dünyası Xəbərləri ” informasiya agentliyinin məlumatına görə, İbrani mediaları iddia edib ki, iranlı hakerlər keçmiş sionist rejim rəsmilərinin elektron poçt hesablarını sındıraraq, fişinq əməliyyatları həyata keçirərək məlumat və sənədlər əldə etməyə nail olublar.

Amerika-İsrail kompüter şirkəti Checkpoint iddia edib ki, iranlı hakerlər keçmiş İsrail rəsmilərinin e-poçt hesablarını sındıraraq siyasətçilərə qarşı məqsədyönlü fişinq hücumları həyata keçiriblər.
Hakerlərin hədəfində olan insanların bəziləri İsrailin keçmiş xarici işlər naziri Zippy Livni, İsrail ordusunun generalı və ABŞ-ın işğal olunmuş Fələstindəki keçmiş səfiri də daxil olmaqla, tanınmış israilli şəxslərdir.

Hakerlərin ən azı altı ay əvvəl İsrail ordusunun bu tanınmış generalının və bir sıra digər tanınmış şəxslərin adından istifadə edərək İsrailin yüksək rütbəli məmurlarının sənədlərinə və məlumatlarına sızdığı bildirilir.

Son aylarda sionist rejimin həssas infrastruktur və təsisatlarına kiberhücumlar kəskin şəkildə artıb. Bu hücumlar nəticəsində mühüm məlumatlar hakerlər tərəfindən oğurlanıb ki, bu da İsrail təhlükəsizlik və siyasi məmurlarının narahatlığına səbəb olub.

Daha çox oxuyun:
Qazaxıstan prezidentinə sui-qəsd planında İsrail ifşa olundu
Mossad rəhbərinin məxfi məlumatları ifşa olundu! + Video

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir