Vladimir Putinin talış müşavirindən fərqli cavablar

Bazar ertəsi 13 İyun 2022 - 18:48
https://az.iswnews.com/?p=8688

İsmayıl Şabanov Lənkəranda dünyaya göz açıb. O, Rusiya Federasiyasında yaşayır və bu ölkədə xüsusi dairələrdə qeosiyasət (məxsusən Cənubi Qafqaz) üzrə ekspertdir. İsmayıl Şabanov təqribən 30 il əvvəl Rusiya Federasiyasına mühacirət edib və Rusiya Federasiyası Prezidenti yanında Millətlərarası Şurasında Komissiya üzvü və müşavir olmaqla yanaşı həm də siyasi analitikdir. Bu, İslam Dünyası Xəbərləri informasiya agentliyinin İsmayıl Şabanovla ikinci müsahibəsidir.

İsmayıl Şabanovun İslam Dünyası Xəbərləri informasiya agentliyinə verdiyi ilk müsahibəsinə baxın: Putinin müşaviri ilə söhbətdə Azərbaycanın eşitmədikləri

Sual: Sumqayıt şəhərindəki neft zavodunda yanğın Şuşa konfransından bir neçə gün sonra baş verib. Azərbaycan prezidentinin xanımı Mehraban Əliyeva və dövlət mediası yanğınla bağlı çox həssaslıq göstərib. Bu həssaslığın səbəbi nə idi?

Yanğın yeri Abdulbari Gözəlin idarə etdiyi Azərsun qida yağı zavodu olub. O, İranın Maku şəhərindəndir və milliyyətcə kürddür. Abdulbari Gözəl İran İslam İnqilabından sonra Türkiyəyə köçüb, Mossadla sıx əlaqəsi var və İsrailə səfərlər edir. Azərbaycanda qəhvə, çay və yemək yağının ticarəti yalnız onun əlindədir. Əliyev ailəsinin bütün biznes fəaliyyətlərini Abdulbari Gözəl idarə edir. Abdulbarinin rəhbərlik etdiyi bu fabrik də İlham Əliyevin ailəsinə və övladlarına məxsusdur.
Azərbaycan qırmızı xətləri keçib və bu yanğının səbəbi ola bilər. Mən hesab edirəm ki, Samqayitda baş verən yanğın Şuşada dünya azərbaycanlılarının konfransında İmam Əlinin (ə) şəhadət gecəsi rəqs etməyin bədəlidir.

Sual: İrandakı hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

İran İslam İnqilabı İran xalqını azad edən yol idi və həmçinin İmam Xomeyni mənfur bir rejimi devirdi. Bir zamanlar hamı İranın bir hissəsini qopardırdı, amma İslam İnqilabı xalqın ləyaqətini bərpa etdi. Bu inqilab İranın beş yüz ildən sonra öz sərhədlərini keçərək daha uzaqlarda qərarlaşmasına səbəb oldu. Bu gün İran Əfqanıstan, Yəmən, İraq və Suriyada mövcuddur. İran Qərbin Yaxın Şərqdəki planlarını böyük ölçüdə məhv edib.

Sual: Hansı hadisələr Rusiyanın ətraf ölkələrin ərazisinə daxil olmasına səbəb olub?

Ukraynanın sabiq prezidenti Leonid Kuçma, üzdə Rusiyanın dostu görsənsə də amma eyni zamanda, Rusiyaya qarşı döyüşmək üçün şərait və qüvvələr hazırlayırdı. Qazaxıstanda elə bir vəziyyət yaranmışdı ki, etnik mənsubiyyət, pantürkizm, İslam əleyhinə fəaliyyətlər artırdı. Nazarbayevin keçmiş müşaviri və indiki baş naziri Britaniya hakimiyyəti nəzarətində idilər. Hətta Qazaxıstanda da Ukraynadan nümunə götürmək istəyirdilər ki, Rusiya öz varlığı ilə bunun qarşısını aldı və qruplaşma aradan qaldırıldı. Qafqazda vəziyyət Ukraynadan da pisdir, etnikçilik və anti-islamçılıq çox artıb. Hesab edirəm ki, Qafqazın təmizlənməsi tezliklə baş verəcək.

Sual: Azərbaycan hökumətinin hazırkı vəziyyəti necədir?

Türkiyə və Azərbaycandakı ingilislər və yəhudilər layihələrini irəli sürürlər. Azərbaycanda bu cərəyanlar hökm sürür və hakimiyyət də onların tərkib hissəsidir. Sionist yəhudilər Azərbaycanda daha bir mərkəz tikmək istəyirlər. Azərbaycan onların İran və Rusiyaya qarşı istifadə etmələri üçün oyun meydanıdır. Keçmiş İsrail baş naziri demişdir ki, biz Azərbaycandan aldığımız neft bir yana, bu ölkədə mövcudluğumuz əsasən İranın yanında olduğuna görədir. 2020-ci ildə Qarabağ müharibəsi başa çatdıqdan sonra öyrəndik ki, Sitalçay aviabazasında təkcə hərbi dronlar deyil, kəşfiyyat xidmətləri də yerləşdirilib.

Sual: Xarici hökumətlər İran sərhədləri boyunca hansı məqsədləri güdürlər?

Əvvəlcə onu deyim ki, əvvəlki müsahibəmə çoxlu reaksiyalar oldu. Talışlar mənə deyirlər ki, İranda sizin nə demək istədiyinizi tam başa düşmürlər.
Təkrar edirəm. Talışlar çoxmillətli Azərbaycanda yeganə millətdir ki hökumətinin planlarına müqavimət göstərir. Talış xalqının səyləri və bu gün İrandan ayrılması qismən İranı idarə edən bacarıqsız Qacar padşahlarının günahı idi. Bu xalqın təcrid olunmuş əraziləri də İran sərhədlərinə yaxındır (Gilan və Ərdəbil). Bu bölgənin İranla çoxlu dini və mədəni əlaqələri var və bizim əcdadlarımız 12 İmamlı şiə olublar. Azərbaycanda talışlar, az bir qism sünnü qardaşlarımızı çıxmaq şərti ilə, 12 İmamlı şiədirlər.

İsrail və Britanniya təhlükəsizlik orqanları Azərbaycanda12 İmamlı şiə məzhəbinin milliyətçə talış olan davamçılarını aradan qaldırmaq və onların arasında Zeydi məzhəbini təbliğ etmək istəyirlər. Məqsəd onları tezliklə İranın milli, mədəni və dini təsirindən ayırmaq və İran sərhədləri boyunca düşmən yaratmaqdır. Bu təşkilatlar bir qrup gənci cəlb edə biliblər. İsraillə əməkdaşlıq edən İraq Kürdüstanında İranın qərb sərhəddində etdikləri kimi.

Təbii ki, qeyd etdiyim kimi, bu proses təkcə məzhəb məsələsi ilə məhdudlaşmır, Azərbaycanda talışların kompakt yaşadığı 6-7 rayonunun təhsil mərkəzlərində “Biz türkük”, “Biz Türkiyənin dostuyuq” fikrini təbliğ edirlər.

Sual: Xarici hökumətlər Azərbaycanda öz məqsədlərini necə həyata keçirirlər?

Bu cərəyan, Mübariz Mənsimovu bu işdə istifadə etmək üçün oyuna gətirib. Mübariz Masallı rayonunun Miankuh kəndindəndir, Türkiyə vasitəsi ilə ingilis və sionist yəhudilərin ünsürüdür. O, dəniz ticarətinə başlayandan sonra yəhudi kəşfiyyat xidmətləri ilə işləməyə başlayıb. O Nurçu cərəyanın başçısı Fətullah Gülənlə əlaqələrdə ittiham olunurdu. Mübariz Mənsimov İŞİD-in neftini daşıyıb və Türkiyəyə, ordan da digər ölkələrə satıb. Türkiyə prezidentinin oğlu Bilal Ərdoğanla bu məsələdə birgə işləyib.

Türkiyə hökumətinin İsraillə barışmasından sonra Mübariz Mənsimova qarşı məhdudiyyətlər aradan qaldırılıb. Mübariz Mənsimov indi Türkiyədə Qarabağ müharibəsində şəhid olan şəxslərin adını öz gəmilərinə qoyaraq Xəzərdə fəaliyyətlərini genişləndirir.

Talışların içındə Zeydi məzhəbinin təbliği məsələsinə qayıdarkən, onu da qeyd edim ki bu cərəyan tək Azərbaycanın daxilinə yönəlməyib və talışlarımn Zeydi məzhəbinə cəlb etmək etmək üçün Rusiyaya da müəyyən qədər pullar göndərilib. İsrailin idarə etdiyi Rusiyadakı Azərbaycan diasporu (vətəndən uzaqda yaşayan icmalar) da bu proseslə əməkdaşlıq edir.

Bu məzhəbi təbliğ edənlərdən biri də Mübarizin əmri və dəstəyi ilə Moskvada Zeydiliyi təbliğ edən Lerik rayonundan olan Vüqar Salayevdir. Salayev əslən din xadimi deyil və universitet məzunudur.

Salayevin keçmişi çox aydındır. Bakıdakı Talış Mədəniyyət Mərkəzinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra (Azərbaycan hökuməti ilə əməkdaşlıq etmək şərti ilə) o, yəhudilərlə əlaqəyə girib və indi İranın əleyhinə danışır, İsraili təbliğ edir.

Sual: Xarici hökumətlərin dağıdıcı planlarına qarşı mübarizə strategiyanız necədir?

Düşmənlər bu məsələni sistemli şəkildə izləyirlər və bilirlər ki, Talışlar İran və Rusiya ilə bağlıdırlar. Azərbaycanda hakim cərəyan qorxur ki, Talışlar onların planına qarşı çıxacaqlar. İran Britaniya yəhudi cərəyanını pozmaq üçün talışlarla sistemli şəkildə əməkdaşlıq etməlidir. Buna məhəl qoymamaq böyük səhvdir.

Sual: Ermənistanda baş verənləri necə qiymətləndirirsiniz?

Ermənistan Qafqazda kiçik dövlətdir ki, özünü qoruya bilsə, böyük iş görər. Hökumət özünü Türkiyəyə asılı edərək Türkiyə ilə münasibətlərini normallaşdırmağa çalışır. İndiki gedişatla Ermənistan üçün yaxşı gələcək görmürəm.

İkinci Qarabağ müharibəsində 4000-dən çox gəncin həlak olması Ermənistan xalqını, o cümlədən qadınlarını dəhşətə gətirir.

Erməni xalqı məğlubiyyəti qəbul edib və növbəti dəfə üçün müharibə istəmir. Qadınlar Ermənistanın baş naziri Nikol Paşinyana ən çox dəstək verənlərin sıralarındadırlar. İnsanlar orda Robert Köçəryanı müharibə tərəfdarı hesab edirlər. Paşinyana qarşı çıxan və parlamentdə yer alan müxalif partiyasının gücü çox olsaydı, 100 min insanı meydana çıxara bilərdilər. Amma 30 mindən çox adam gəlmədi və insanların çoxu baş nazirə müxalif partiyaları dəstəkləmədilər.

Sual: Ermənistanda konkret olaraq nə baş verə bilər?

Bu gedişat təhlükə əlamətidir və Paşinyan daha çox sevilsə, Ermənistanın cənubundakı (İranla həmsərhəd) Syunik (Zəngəzur) vilayəti Azərbaycanın nəzarətinə keçə bilər.

Ermənistanın bu vilayətindən Azərbaycana yaxın iki ildə təkil olunacaq nəqliyyat marşrutu veriləcək ki, bu da İran üçün çox təhlükəlidir. Belə ki, Syunik/Zəngəzur vilayətinin Azərbaycana verilməsi İranın Avrasiyaya yolunu kəsəcək.

Bu məsələ siyasətdə, təhlükəsizliyə və geosiyasi vəziyyətdə çox təsirlidir. Əsasən bu marşrut ingilislər tərəfindən təklif edilib və xarici qüvvələrin Qafqaz regionuna müdaxiləsi təhlükəli vəziyyət yaradır.

Sual: İranla Azərbaycan arasında razılaşmanı və İranın Qərb-Şərq dəhlizində olmasını necə qiymətləndirirsiniz?

40 kilometrlik dəhlizin İrandan keçməsi vədləri bir oyundur və təəssüf ki, İranda bəziləri buna inanırlar. Təbii ki, bu marşrutun İran ərazisindən keçməsi də müvəqqətidir və onlar Ermənistanın Syunik/Zəngəzur ərazisindən keçid marşrutu əldə edənə qədər istifadə olunacaq. Türkiyə və Azərbaycan bu 40 km-i qət edəcəyinə söz verərək, İranı öz məqsədlərinin oyuncağına çevirmək istəyirlər.

Sual: Azərbaycan Prezidenti İlham Əliyev Seyid İbrahim Rəisiyə müraciətində Azərbaycanın İranı Qərb-Şərq Dəhlizində yer alan ölkələr siyahısına əlavə etdiyini bildirib. Bu müraciətin mesajı nədir?

Azərbaycan prezidenti İlham Əliyevin Qərb-Şərq dəhlizində İranın bu marşrutda olub-olmamasına qərar verə biləcək heç bir rolu yoxdur və yalnız sərəncamların icraçısıdır. Azərbaycan bu dəhlizdə vasitəçi rolunu oynayır və Azərbaycan üçün dünyada heç bir rol nəzərdə tutulmayıb.

İlham Əliyevin İrana yaxınlığı və təklifləri İran üçün çox təhlükəlidir və İran hökuməti bunları qəbul etməkdən imtina etməlidir. Unutmaq olmaz ki, İlham Əliyev Qərbin və İsrailin istəyi ilə İrana yaxınlaşıb.

İlham Əliyev İran daxilində bəzi qüvvələrə rüşvət və iqtisadi imtiyazlar verməklə öz məqsədlərini təbliğ edir və onlar Azərbaycan Respublikasının İrandakı lobbisidirlər. Bir sözlə İran İslam Respublikasının maskalanmış düşmənləridirlər.

Sitatın sonu.

P.S: Müsahibələrdə verilən məzmun və cavablar İslam Dünyası Xəbərləri informasiya agentliyinin tam nəzərini və təsdiqini əks etdirmir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir