İsrail Dəməşqin cənubuna bir neçə raketlə hücum edib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail ordusunun Dəməşqin cənubundakı hədəflərə raket hücumu nəticəsində bir mülki vətəndaş yaralanıb və maddi ziyan dəyib.
Suriya hərbi mənbəsinin məlumatına görə, bu gün səhər yerli vaxtla saat 04:20-də İsrail ordusu işğal altındakı Qolan təpələrindən bir neçə raketlə Dəməşqin cənubunda bir neçə hədəfə hücum edib və raketlərin çoxu Suriya hava hücumundan müdafiə sistemləri vasitəsi ilə vurulub. Hücum nəticəsində bir mülki şəxs yaralanıb və maddi ziyan dəyib.
Həmçinin iyunun 7-də işğal altındakı Qolan təpələrindən İsrailə məxsus qırıcı təyyarələri Dəməşqin cənubundakı bəzi ərazilərə hava hücumları etmişdir, lakin Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri raketlərlə üzləşərək, onların əksəriyyətini tutaraq məhv edə bilmişdir.
Rəy