Ənsarullah Rəhbəri: Bizim, hətta Amerikanın müasir avadanlıqlarının da mübarizəyə qadir olmadığı raketlərimiz var
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatı və Yəmən inqilabının lideri Seyid Əbdülməlik Bədruddin əl-Husi Təiz vilayətində qəbilə ağsaqqalları və şeyxləri ilə görüşərək əyalətin yollarının yenidən açılmasına təkid edib və Səudiyyə koalisiyasının Yəməndə gələcək münaqişələrə hazırlaşması ilə bağlı xəbərdarlıq edib.
Seyid Əbdülməlik Bədruddin Əl-Husinin açıqlamalarının xülasəsi və mühüm hissələri aşağıdakılardır:
“Təiz əyaləti Yəməndə düşmənə qarşı mühüm mübarizə, həmişə mövcud olmuş iftixar, səbr və səmimi vətənpərvərlik simvoludur.
Dövlət məmurları mövcud şəraiti nəzərə alaraq əyalət əhalisinə xidmətə xüsusi diqqət yetirirlər. Təiz və Yəmənin bütün vilayətlərini mühasirəyə alan işğalçı koalisiyadır və mühasirəyə alan biz deyilik, biz mühasirəyə alınanıq.
Biz yolları yenidən açmağa hazır olduğumuzu bəyan etmişik və hətta qarşı tərəflə razılıq əldə olunmazsa, təşəbbüs olaraq xüsusi tədbirlər görməyə hazırıq.
Biz çox yaxşı bilirik ki, qurbanlarımızın dəyəri zillət və işğalı qəbul etmək qiymətindən azdır. Biz gələcək nəsillərimizə əcnəbilərin işğalı və sifarişi altında olmağı tapşırmırıq.
Yəmənə hücumda məqsəd İsrail tərəfini Yəmənin onlara qarşı oynaya biləcəyi hər hansı rolun qarşısının alındığını göstərməkdir. İsraillə münasibətlərin normallaşması, muzdlu, ortaqlıq və ittifaq bayrağını tutan hər kəs ölkəmizə qarşı təcavüzkardır. Bu dünyada heç kim Yəmən xalqının azadlığını, müstəqilliyini və ləyaqətini ələ keçirmək qabiliyyətində deyil.
Bu mərhələdə bizim zəruri bildiyimiz işğala qarşı durmaqdır, çünki hərbi təhlükə davam edir və düşmənlər münaqişənin növbəti mərhələsinə hazırlaşır.
Bizim hərbi sənayemiz inşallah regionun ən yaxşı sənaye sahələrindən biri olacaq. Bu gün bizim müasir Amerika texnologiyasının qarşısı alına bilməyəcəyi uzaq mənzilli, yüksək dəqiqlikliə zərbə endirən raketlərimiz var. Səudiyyəlilər bizim raketlərimizi vura biləcək istənilən sistemi əldə etmək üçün bütün dünyadan kömək istədilər, hətta İsrail düşməninə yalvardılar.
Yəmən PUA-larının səmərəliliyini və daha təkmil texnologiyasını artırmaq üçün səylər davam edir. Hava hücumundan müdafiə imkanlarının inkişaf etdirilməsi istiqamətində işlər davam edir və son illərdə dronlarımızın bir çox düşmən hava təchizatlarını vurduğu müşahidə edilir. Çalışmalıyıq ki, özümüzü təmin edək, keyfiyyətli və sərfəli xərclərlə yerli istehsalı gücləndirək.
Təiz əyaləti məzlumiyyət örnəyi olub və düşmənin cinayətlərinin böyük bir hissəsi orada baş verib. Əhali və coğrafiya baxımından bu vilayətin düşmənlərlə mübarizədə rolu stratejikdir. Təcavüzkar koalisiyanın Təiz vilayətinin infrastrukturunun sistemli şəkildə dağıdılmasını və dəhşətli cinayətləri unutmayacağıq. Təizlilərin qətlini, oğurlanmalarını, çarmıxa çəkilmələrini unutmayacağıq. Düşmən Təizin təhlükəsizliyini qəsdən pozur və yolları açmaqdan imtina edir.
Prezident (Əbd Rəbə Mənsur Hadi) kimi adlandırılan şəxsi aşağı dərəcəli səudiyyəli zabitin onu istefaya məcbur etməsi üçün xüsusi salona apardılar. Keçmişdə həmin şəxs bütün Yəmən xalqını qırmağa hazır idi ki, onlara heç bir xidmət göstərməsin. Özünün (prezidentin) Səudiyyə Ərəbistanı və ya BƏƏ kəşfiyyatçılarının xırda qulluqçusu olduğu titulunu saxlamaq üçün öz vətəninə təcavüzü etiraf edən şəxs üçün bu addım nə qədər iyrənc bir işdir.
Xainlər Yəməni və onun heç bir vilayətini və onun azadlıq və müstəqillik uğrunda mübarizə aparan şərəfli övladlarını təmsil etmirlər.
ABŞ və Qərb ölkələri münasibətləri normallaşdırmaq adı altında İsrail düşməninin qarşısındakı bütün maneələri aradan qaldırmaq üçün bölgədəki vəziyyətə nəzarət edirlər. Onların regiona və Yəmənə qarşı siyasəti azad xalqları İsrail düşməninin xidmətinə kölə edən planlara əsaslanır. Vətənin azadlığı, müstəqilliyi heç bir halda alver edilə bilməz.
Biz mühüm bir vəziyyətdəyik. Hegemon düşmən bəzi məqsədlərinə çatmaq üçün kiçik də olsa, hər bir qələbəni qeyd etməyə çalışır. Düşmən növbəti mərhələyə hazırlaşır. Bu mərhələdə səhlənkar olmamalı və tam oyaq olmalıyıq. Bu gün Allahın köməkliyi ilə hər cəhətdən daha yaxşı vəziyyətdəyik.
İkinci Dünya Müharibəsində atılan ballistik raketlərdən say baxımından düşmənə qarşı daha çox ballistik raket istifadə etməyimiz ABŞ və Səudiyyə Ərəbistanı üçün rüsvayçılıqdır.
Kənd təsərrüfatı sektoru inkişaf etdikcə, sənaye prosesi bu sahəyə daxil olduqca biz xüsusi inkişaflar əldə edirik. Ölkəmizdəki şərait bu məsələyə diqqət yetirməyimizə tam hazırdır.
Kim özünü gücləndirməsə, düşmənləri onu böhranlarda əzəcək”.
Rəy