Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Yüz Altıncı Günü, 9 İyun 2022

Cümə axşamı 9 İyun 2022 - 14:29
https://az.iswnews.com/?p=8475

– Ukrayna məhkəməsi Rusiya və Belarus şirkətlərinin dəyəri 18,5 milyon dollardan çox olan aktivlərinə həbs qoyulmasına qərar verib.
Ukraynanın Baş Prokurorluğu və İqtisadi Təhlükəsizlik İdarəsinin məlumatına görə, şirkətlər Ukrayna gömrük qanunlarını pozaraq və vergidən yayınaraq, gübrə və metal daşıyan 420 vaqonu idxal ediblər.
Qeyd edək ki, Ukrayna prezidenti “Volodimir Zelenski” martın 10-da qanun imzalamışdır ki, ona əsasən, ölkə hökuməti Rusiyanın fiziki və hüquqi şəxsləri və bu ölkəyə aidiyyəti olan şəxslərə məxsus əmlakı müsadirə edə bilər. Yavaş-yavaş Avropa ölkələri Rusiyanın əmlakını ələ keçirməyə və əldə edilən gəlirləri “müharibə təzminatı fondu” yaratmaqla və ABŞ isə Rusiya sanksiyaları haqqında qanunu qəbul etməklə Ukrayna hökumətini gücləndirmək üçün istifadə etməyə çalışırlar.

– Rusiya ordusu bu gün səhər saatlarında Xarkovun qərbində Pasoçin bölgəsindəki hədəflərə bir və ya bir neçə raket zərbəsi endirib.
Yerli mənbələrin məlumatına görə, Pasoçin bölgəsindəki dəmiryol vağzalında bir neçə raket partlayıb, Xarkovun cənubundakı Nevavarski rayonunda kitabxana və bir neçə başqa bina yanıb. Bu hücumlarda iki nəfərin öldüyü və dörd nəfərin yaralandığı bildirilir.

– Ukrayna rəsmiləri: Rusiya ilə müharibədə biz hər gün 600 nəfər ölü və yaralını əldən veririk!
“Washington Post”un məlumatına görə, son üç ayda məlum qəbiristanlığın hərbi hissəsində 293 ukraynalı əsgərin cəsədi basdırılıb. Bu statistika son 8 ildə bu qəbiristanlıqda cəmi 175 əsgərin dəfn edildiyi haldadır!
“Washington Post” qəzeti Denpropetrovsk şəhərinin hərbi keşişindən sitat gətirib: “Müharibənin əvvəlindən indiyədək təkcə Dnepropetrovsk vilayətində 700-dən çox ukraynalı əsgər həlak olub“.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Donbas cəbhəsində Ukrayna ordusunun gündəlik 60-100 nəfəri öldürüldüyünü təxmin etmişdi. Ukraynanın müdafiə naziri Aleksey Raznikov da müsahibəsində bildirib ki, Ukrayna ordusunun Rusiyaya qarşı güclü müqaviməti gün ərzində 100-ə qədər insanın ölümünə və 500-ə yaxın insanın yaralanmasına səbəb olub.
Rusiyanın Ukrayna müharibələrində irəliləyişinə və üstünlüyünə baxmayaraq, Rusiya itkilərinin mövcud statistikası eyni rəqəmləri göstərir və Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, müharibənin əvvəlindən Rusiya Federasiyası silahlı qüvvələrinin itkiləri təxminən 31,700 nəfərdir.

– Donetskin şimal cəbhəsindən verilən son xəbərlərə görə, rus qoşunları Popasnayanın qərbindəki Pilipçatina ərazisini nəzarətə götürüblər.
Baxmut-Lısiçansk yolu boyunca toqquşmalar davam edir və Rusiya hərbçiləri indiyədək yolu kəsə bilməyib. Buna görə də məqsədə çatmaq üçün Soldar-Baxmut oxundan hərəkət etmə ehtimalı var.
Onlayn xəritədə baxın

– Bildirilir ki, Tetyanyuka ərazisindən sonra rus qoşunları Prişib kəndinə daxil olub və Ukrayna qoşunları Sidorove ərazisinə çəkilib.
Hazırda Boqorodiçen yaxınlığında toqquşmalar gedir və Ukrayna qoşunları hələ də müqavimət göstərir.
Onlayn xəritədə baxın

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67Gün 68Gün 69Gün 70Gün 71Gün 72Gün 73Gün 74Gün 75Gün 76Gün 77Gün 78Gün 80Gün 81Gün 82Gün 83Gün 84Gün 85Gün 86Gün 87Gün 88Gün 89Gün 90Gün 91Gün 92Gün 93Gün 94Gün 95Gün 96Gün 97Gün 98Gün 99Gün 100Gün 101Gün 102Gün 103Gün 104Gün 105

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir