İraqda baş verən son hadisələr, 8 İyun 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, “Ərbil”in “Sitaqan” bölgəsində bomba yüklü avtomobilin partlaması nəticəsində Xabat Kürdüstan terror təşkilatının üzvü yaralanıb.
1- Bağdad:
– İyunun 7-də Bağdadın şimalındakı Tarimiyyə bölgəsində Həşd-Şəbi təşkilatının qüvvələri ilə toqquşma zamanı beş İŞİD üzvü öldürülüb.
– İyunun 8-də Bağdadda İraq təhlükəsizlik qüvvələri tərəfindən bir İŞİD əməliyyatçısı həbs edilib.
2- Kərkük:
İyunun 7-də Həşd-Şəbi təşkilatının qüvvələri Kərkük əyalətində İŞİD-in əməliyyatçısını həbs edib.
3- Duhok:
İraq parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin üzvü bu həftənin sonunda Türkiyənin bu əyalətdə kürd silahlılarına qarşı apardığı yeni əməliyyatla bağlı son hadisələri nəzərdən keçirmək üçün Duhoka gedəcək.
4- Ərbil:
– İyunun 6-da Ərbilin Sitaqan bölgəsində bomba yüklü avtomobilin partlaması nəticəsində Xabat Kürdüstan terror təşkilatının üzvü yaralanıb.
– İyunun 8-də ABŞ-ın Ərbildəki konsulluğuna məxsus binaya naməlum şəxslər tərəfindən hücum edilib.
5- Süleymaniyyə:
İyunun 6-də Süleymaniyyə vilayətində İraq hökumətinin terrorla mübarizə xidməti, Kürdüstan Regional Təhlükəsizlik Qüvvələri ilə birlikdə iki İŞİD əməliyyatçısısı həbs ediblər.
6- Səlahəddin:
İyunun 6-da Əbu Məhəmməd ləqəbli İŞİD əməliyyatçısı İraqın təhlükəsizlik qüvvələri tərəfindən Salahəddin əyalətində həbs edilib.
7- İyunun 6-da İraqın Sincar şəhərində peşmərgə komandiri Qasim Şişo PKK qruplaşmasının ünsürlərinin peşmərgə üzvü Xalid Rəşu Bərəkatı oğurladıqlarını açıqladı.
8- İyunun 6-da İraqın baş naziri Mustafa Əl-Kazimi Bağdadda Misir və İordaniyanın xarici işlər nazirləri ilə görüşüb.
Rəy