Fələstində baş verən son hadisələr, 8 İyun 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yunanıstan Baş Qərargah rəisi Konstantinos Floros İsrail Ordusunun Baş Qərargah rəisi Avio Koxavi ilə görüşmək üçün işğal olunmuş Fələstinə səfər edib.
– İyunun 7-də İsrail ordusuna məxsus PUA Qəzza zolağının şimalında qəzaya uğrayıb. İsrail ordusu bildirib: “Bu PUA ilə bağlı məlumatların sızmasından narahat deyilik və onun qəzaya uğramasının səbəbləri araşdırılır.“
– Ukraynanın işğal olunmuş Fələstindəki səfiri Yevgeni Kornıçuk mətbuat konfransında İsrail rəsmilərini Rusiyanın hərbi hücumlarına qarşı çıxmaq üçün Kiyevi “Dəmir Qübbə” sistemi ilə təchiz etməyə razılaşmağa çağırıb.
– İsrail qüvvələri son 24 saat ərzində İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 21 gənc fələstinlini saxlayıb.
– Sionist televiziya kanalı 12 elan edib: Əl-Xəlil yaxınlığındakı Əl-Fəvvar düşərgəsi yaxınlığında bir israilli əsgərin silahını əlindən alan fələstinli gənc Fələstin Milli İdarəsinin təhlükəsizlik qüvvələrinə təslim olub.
– İsrail ordusu bəyan edib: “Hizbullahın sərhəd bölgəsindəki əməliyyatlarını izləyirik və onların infrastrukturunu məhv edəcəyik”.
– İsrailin keçmiş naziri və Likud partiyasının üzvü Denni Denon bildirib ki, Naftali Bennetin rəhbərlik etdiyi hazırkı hökumət son siyasi proseslər nəticəsində zəif və bacarıqsız hökumətdir.
– İyunun 7-də Yunanıstan Baş Qərargah rəisi Konstantinos Floros İsrail Ordusunun Baş Qərargah rəisi Avio Koxavi ilə görüşmək üçün işğal olunmuş Fələstinə səfər edib.
– İyunun 7-də İsrail ordusunun baş qərargah rəisinin müavini Almaniyanın müdafiə nazirinin müavini ilə görüşüb.
– İyunun 8-də İsrail polisi İsrail Knessetinin ifratçı deputatı Itmar bin Guyeri öldürməklə hədələmək ittihamı ilə bir israillinin həbs edildiyini açıqladı.
– Son saatlarda onlarla sionist sıx təhlükəsizlik tədbirləri altında Məscidül-Əqsaya basqın edib.
Rəy