Taleh Bağırzadə aclıq aksiyasına başlayıb – Dəstəyimizi bildiririk!
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, bunu cümə günü, iyunun 3-də ilahiyyatçının özü qanunsuz həbsdə saxlandığı Qobustan həbsxanasının rəhbərliyinə yazılı açıqlamasında bildirib.
Onun aclıq aksiyasında məqsədi polis idarəsində vətəndaşlara verilən işgəncələrə və bu işgəncələr zamanı dəfələrlə Allaha və insani dəyərlərə qarşı təhqirlərə son qoymaqdır.
Bütün bunların ümumbəşəri dəyərlərin təhqiri, inanca qarşı qəbuledilməz addım olduğunu qeyd edən T.Bağırzadə bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) adından törədilmiş cinayətə görə məsuliyyət daşıyanlar cəzalandırılmasa, o zaman o öz tutduğu mövqeyində israrlı olacaq və bu etirazlar onun şəhadəti ilə bitməyəcək. Eyni zamanda, bu işin dini inancından asılı olmayaraq hər bir vicdanlı insanı narahat etdiyini bildirib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi komandası tərəfindən Azərbaycan hakimiyyətinin bu utancverici addımı qınayır və Azərbaycan Müsəlman Birliyi Hərəkatının sədri İlahiyyatçı Taleh Bağırzadəyə öz dəstəyimizi bildiririk.
Rəy