Bəluç separatçılarının Pakistan ordusunun bazalarına ağır hücumu

Cümə 4 Fevral 2022 - 22:46
https://az.iswnews.com/?p=822

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi yerli mənbələrə istinadən xəbər verir ki, “Bəluçistan Azadlıq Cəbhəsi” yaraqlıları, Pakistan ordusunun Bəluçistan əyalətinin sərhəd bölgələrindəki bazalarına ağır hücumlar həyata keçirib.

Pakistan ordusunun Hərbi Hava Qüvvələrinin helikopterlərinin dəstəyi ilə bu yaraqlıların hərbi bazalardan təmizləməsi istiqamətində gedən toqquşmalar bu gün axşama qədər davam edir.

Rəsmi məlumata görə toqquşmalarda 7 pakistanlı əsgər və 9 “Bəluçistan Azadlıq Cəbhəsi” yaraqlısı öldürülüb. “Bəluçistan Azadlıq Cəbhəsi” toqquşmalarda 100 pakistanlı əsgərin öldüyünü iddia edib.

Bəzi Pakistan KİV-ləri isə Bəluçistan Azadlıq Cəbhəsinin ölənlərinin sayının 15-dən çox olduğunu bildirib. Bu qrup və digər Bəluçistan separatçı qrupları 1970-ci illərdən yaransa da, onların silahlı hərəkatları 2004-cü ildən aktivdir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir