Türkiyə yüzlərlə əfqan qaçqını deportasiya edib

Şənbə 4 İyun 2022 - 09:30
https://az.iswnews.com/?p=8178

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə hökuməti 1300-dən çox əfqan qaçqını deportasiya edib.

Türkiyə Daxili İşlər Nazirliyi qeyri-insani hərəkətlə Türkiyənin şərqindəki Ərzurum şəhərindəki qaçqın düşərgələrindən 414 əfqan qaçqını deportasiya edərək Əfqanıstana köçürüb. Bu şəxslər polisin Ərzurum qaçqın düşərgəsinə basqın etməsindən sonra türk polisinin zorakı davranışı ilə qarşılaşdıqlarını və həbs olunduqlarını deyirlər. Onlar həbsxanada işgəncələrə məruz qalıb və daha sonra üç uçuşla Kabildə Taliban silahlılarına təhvil verilib.
Bu tədbirlər Türkiyə tərəfindən mühacir əhalinin azaldılması siyasətinə uyğun olaraq həyata keçirilib və bu ölkədə bir sıra problemlər yaradıb.

Son bir neçə gündə Türkiyə həbsxanalarında əfqan qaçqınların döyülməsini əks etdirən şəkillər dərc olunub və bu, əfqan xalqının və hüquq müdafiəçilərinin kəskin etirazına səbəb olub.

Bu, Türkiyə hökumətinin son iki ayda əfqan qaçqınların deportasiyası ilə bağlı üçüncü ciddi addımıdır və bununla bağlı deportasiya və işgəncələrdən sonra 1367 qaçqın Əfqanıstana köçürülüb. Yerli mətbuatın məlumatına görə, 2022-ci il yanvarın 27-dən indiyədək müxtəlif ölkələrdən təqribən 28 857 əfqan qaçqın deportasiya edilərək Əfqanıstana köçürülüb. Bu insanların əksəriyyəti Yunanıstan, Bolqarıstan və Türkiyədə işgəncələrə məruz qalıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir