İraqın şimalındakı Türkiyə hərbi bazasına raket və PUA hücumu
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, dünən Neynəva əyalətinin şimalındakı Zelkan bölgəsindəki Türkiyə hərbi bazası naməlum şəxslərin raket və dronları ilə hədəfə alınıb.
İyunun 2-də Mosulun şimalındakı Zelkan bölgəsindəki Bəşiqə türk hərbi bazası bir neçə raket və PUA ilə hədəfə alınıb. Hücumla bağlı əlavə təfərrüatlar açıqlanmayıb və heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin hesablamasına görə, bu, cari ilin 21 martından bəri Bəşiqə hərbi bazasına edilən altıncı raket-dron hücumudur.
Həmçinin mayın 22-də Türkiyə ordusunun Bəşiqə hərbi bazası iki kamikadze PUA-sı ilə hücuma məruz qalmışdır. Hücuma görə məsuliyyəti Əhrar Sincar qrupu üzərinə götürmüşdür.
Daha çox oxuyun:
İraqın şimalında Türkiyə hərbi bazasına dron hücumu olub
Rəy