İŞİD-i yaradan ABŞ onun liderini öldürür? – Ağ evin yeni oyununun pərdə arxası
Ağ Ev, ABŞ prezidenti Cozef Baydenin Əbu İbrahim əl-Qureyşinin ötən gün səhər saatlarında İdlib vilayətinin Atma qəsəbəsində təşkil edilən hücumda öldürüldüyünü açıqlayan bəyanatını yayıb.
Bəyanatda deyilir: “Suriyada mənim birbaşa göstərişimlə həyata keçirilən bu ölkənin İdlib əyalətindəki əməliyyatda, İŞİD lideri Əbu İbrahim əl-Qureyşi öldürülüb.” ABŞ Prezidenti hücumda ABŞ qüvvələri arasında itki olmadığını da açıqlayıb.
Daha ətraflı:
ABŞ-ın Suriyanın şimal-qərbinə hücumu zamanı 13 nəfər ölüb + Video və şəkillər
Əbu İbrahim əl-Qureyşi 2019-cu il oktyabrın 26-da İŞİD-in keçmiş lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsindən sonra, bu terror qruplaşmasının rəhbərliyinə təyin edilib. “Abdullah Qardaş” və “Hacı Abdullah” onun digər adları sırasında yer alır.
Nə baş verir?
ABŞ-ın regionda illərlə sürən məğlubiyyəti və regional proyektlərinin fiaskoya uğraması səbəbindən, beynəlxalq siyasi arenada imicinə böyük zərbə dəydi. ABŞ-ın Suriya və İraqdakı uğursuzluğu, Əfqanıstandan ordusunu çəkməyə məcbur olması və general Qasim Süleymaninin terrorundan sonra İraqda davamlı intiqam əməliyyatları səbəbindən ABŞ regionda kifayət qədər gücünü və ictimai bazasını itirib. Bu itirilən imici geri qaytarmaq üçün ABŞ-ın yeni oyuna ehtiyacı var idi və Son “antiterror” adı verilən biyabırçı əməliyyat isə sırf bu məsələyə köklənib.
Süni qurulan bu oyunun digər səbəbi isə Şəhid Qasim Süleymaninin komandir olduğu İslami müqavimət hərəkatlarının əli ilə qondarma İŞİD dövlətinin aradan aparılmasına kölgə salmaq idi. Necə ki, buna bənzər ssenari, Usamə Bin Ladenin öldürüldüyü iddia edilən cavabsız suallarla dolu əməliyyatla həyata keçirilmişdi.
Hadisənin təfərrütı və verilən məlumatlarda bir neçə məqam diqqəti çəkir:
- Bayden açıqlamasında qeyd etdiyi kimi mülkü əhalinin itkisinin minumuma endiriləcəyi nəzərə alınan əməliyyatda, içərisində uşaqlar və qadınlar da daxil olmaqla 13 nəfər dinc sakin həyatını itirdi. Təbii ki, illərdir törətdikləri cinayətlərdə ABŞ-ın reaksiyası necə olubsa burada da həmin reaksiyanı gözləməliyik. ABŞ bu dəfə isə mülkü əhali ölümünün səbəbkarının Abu İbrahim olduğunu bildirərək bu qətllərin məsələsini də belə bağladı.
- Abu İbrahim Qureyşi adlı bu terrorçunun Həsəkə zindanından qaçış əməliyyatında əli olduğu iddia edilsə da, bu zindan hadisəsinin ABŞ-ın Suriyadakı işğalçı ordusu tərəfindən təşkil olunması gün kimi aydın idi.
Daha ətraflı:
- Çox qəribədir ki, regionu oda çəkən terrorçu quruplar hazırlayan Amerika, terorçulara “sizin üçün də gələcəyik” devizi ilə əməliyyat təşkil etməsi olduqca gülüncdür.
- Əbu İbrahimin Türkiyənin nəzarətində olan ərazilərdə gizlənməsi bizi təəccübləndirmir. Sual buradadır ki, Amerika helikopterini necə itirdi? KİV-in məlumatına görə, əməliyyat xüsusi təyinatlıların köməyi ilə olub, helikopter isə sadəcə havadan dəstək verib. Daha sonra yazırlar ki, Əbu İbrahim özünü partladıb, yəni xüsusi təyinatlıların atəş açmağına belə ehtiyacı olmayıb. Deməli, qarşıdurma da olmayıb. Bəs necə oldu ki, ABŞ helikopteri sıradan çıxdı? Media yazır ki, helekopter texniki nasazlıq səbəbindən bazaya qayıtmalı idi, lakin həmin vaxt bir PUA helikopteri vurub. Buradan belə nəticəyə gəlirik ki, ABŞ və onların türk dostları (Co Baydenin özü açıqlamasında Türkiyənin antiterror əməliyyatından xəbərdar olduğunu bildirib) helikopterin vurulmasını simulyasiya ediblər ki, bütün bunların ətrafında daha çox hay-küy yaransın və bununla da əməliyyat zamanı baş verən biyabırçılıqlar süni şəkildə ört-basdır edilsin.
Qeyd edək ki, hazırda minlərlə İŞİD üzvü ABŞ-ın işğalı altında olan Suriyanın Tənəf bölgəsində hərbi təlimlər keçirlər.
Rəy