Şimali İraqda iki türk əsgəri həlak olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı daha iki türk əsgərinin həlak olduğunu açıqlayıb.
Bu gün mayın 30-da İslam Sancak və Muhammed Serttaş adlı iki türk əsgəri həlak olub, bir neçəsi yaralanıb.
Belə ki, bu il aprelin 18-də səhər saatlarında Türkiyənin müdafiə naziri Hulusi Akarın əmri ilə Şimali İraqda PKK silahlılarına qarşı başlayan “Qıfıl Pəncəsi” əməliyyatında Türkiyə ordusunun itkilərinin sayı 21 nəfərə yüksəlib.
Həmçinin mayın 28-də İraqın şimalında PKK silahlılarına yerləşdirdiyi partlayıcı qurğunun partlaması nəticəsində Hasan Çatal adlı türk əsgəri həlak olmuşdur.
Daha çox oxuyun:
İraqın şimalında bir türk əsgəri həlak olub
Rəy