İraqın şimalında bir türk əsgəri həlak olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında keçirilən “Qıfıl Pəncəsi” əməliyyatı zamanı daha bir türk hərbçisinin öldürüldüyünü açıqlayıb.
Mayın 28-də Hasan Çatal adlı türk əsgərinin həlak olduğu açıqlanıb. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, o, Şimali İraqda PKK silahlıları tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olub. Hadisə zamanı daha bir türk əsgəri də yaralanıb.
Bu türk əsgərinin ölümü ilə Türkiyə ordusunun “Qıfıl Pəncəsi” əməliyyatında ölənlərin sayı 19 nəfərə yüksəlib.
Bu il mayın 5-də İraqın şimalında Türkiyə hərbi bazasına PKK silahlılarının hücumu nəticəsində Mehmet Meral adlı türk əsgəri həlak olub.
Daha çox oxuyun:
Şimali İraqda türk hərbçisi həlak olub
Şimali İraqda 5 türk əsgəri həlak olub
Türkiyənin Şimali İraqdakı əməliyyatları davam edir; Bir türk əsgəri həlak olub
Rəy