Suriyada baş verən son hadisələr, 28 May 2022

Şənbə 28 May 2022 - 20:49
https://az.iswnews.com/?p=7928

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya Demokratik Qüvvələri Cerablusun ətrafında Ceyş əl-Vətani terroçularının cəbhə komandirlərindən biri Əbu Əli ər-Rəqqavinin avtomobilinə hücum etmək üçün tank əleyhinə idarə olunan raketdən istifadə ediblər.

1- Hələb:
– Mayın 27-də Türkiyə hərbi dronları Suriya Demokratik Qüvvələrinin (SDQ) Təl Rəfət şəhərindəki mövqelərinə hücum edib.
– Mayın 27-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya ilə Menbicin şimal hissəsini hədəfə aldılar.
– Mayın 27-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya ilə Şahba ərazisini hədəfə aldılar.
– Mayın 27-də Hələbin qərbi üzərində Türkiyəyə məxsus dörd hərbi dronun uçuşu müşahidə edilib.
– Mayın 27-də Türkiyənin dəstəklədiyi terrorçular Eyn Əl-Ərəb şəhərinin qərbindəki iki məntəqəni artilleriya ilə hədəfə alıblar.
– Mayın 27-də Afrinin ətrafındakı Şərava bölgəsi Türkiyənin dəstəklədiyi terrorçuların artilleriyası tərəfindən hədəfə alınıb.
– Mayın 27-də Türkiyənin dəstəklədiyi terrorçular Mənbic şəhərinin şimal ətrafındakı əl-Muhsin kəndini artilleriya atəşinə tutublar.
– Mayın 27-də Suriya Demokratik Qüvvələri (SDQ) Cerablusun ətrafında Ceyş əl-Vətaninin cəbhə komandirlərindən biri Əbu Əli əl-Rəqqavinin maşınına tank əleyhinə idarə olunan raketlə zərbə endiriblər.

2- İdlib:
– Mayın 27-də Suriya ordusu Məra ən-Nasanda terrorçuların mövqelərini artilleriya ilə hədəfə alıb.
– Mayın 27-də Suriya ordusu qüvvələri İdlibin cənubunda silahlılara məxsus kvadrokopteri vurub.

3- Dəraa:
– Mayın 27-də Suriya ordusuna məxsus avtomobilin Novi-Şeyx Səəd yolunda bombanın partlaması nəticəsində Suriya ordusunun “Miqdad Muhəmməd Əl-Əli” adlı əsgəri şəhid olub, bir nəfər isə yaralanıb.
– Mayın 26-da Suriya ordusunun 4-cü diviziyasının qüvvələrindən biri Xarab əş-Şahamda naməlum silahlı şəxslər tərəfindən şəhid edilib.

4- Həma:
– Mayın 28-də Əsria məntəqəsində Suriya ordusuna məxsus avtomobilin yolunda bombanın partlaması nəticəsində iki Suriya əsgəri şəhid olub, daha biri yaralanıb.

5- Raqqa:
– Mayın 26-da Rusiya qırıcıları Raqqanın cənub-qərbindəki Rəssafə bölgəsində İŞİD-in sığınacaqlarını hədəfə alıblar.
– Mayın 27-də Raqqanın şərqindəki Halo Abd kəndində Suriya Demokratik Qüvvələrinin maşınına naməlum şəxslərin hücumu nəticəsində 3 SDQ qüvvəsi yaralanıb.
– Mayın 27-də ABŞ koalisiyasının təyyarələri Eyn İsa şəhərinin ətrafı üzərində uçub.

6- Həsəkə:
– Mayın 28-də Türkiyənin dəstəklədiyi terrorçular Təl Tamarın ətrafındakı Tavila kəndini artilleriya atəşinə tutublar.
– Mayın 27-də Türkiyənin dəstəklədiyi terrorçular Həsəkənin şimalındakı Zerkan bölgəsini artilleriya və raket atəşinə tutublar.
– Mayın 27-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya ilə Əbu Raasin ərazisini hədəfə alıblar.
– Mayın 27-də Rusiya hərbi qüvvələri Suriya Demokratik Qüvvələri və Suriya hərbçilərinin iştirakı ilə Amuda və Əbu Raasin sərhəd bölgələrində patrul xidməti həyata keçiriblər.

Keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir