Rusiya-Ukrayna müharibəsindən ən son xəbərlər – Müharibənin Doxsan Üçüncü Günü, 27 May 2022

Cümə 27 May 2022 - 15:03
https://az.iswnews.com/?p=7866

– Termobarik raketlərlə Ukrayna ordusunun mövqelərinin hədəfə alınması
Termobarik silah, yüksək temperaturda partlayış yaratmaq üçün ətrafdakı havadan oksigeni alan partlayıcı qurğudur. Əvvəlcə kiçik bir partlayıcı maddənin köməyi ilə onun partlayıcı radiusunda atmosferdəki oksigenlə qarışan partlayıcı toz buludu yaranır, daha sonra növbəti mərhələdə bu kütləni ikinci kiçik partlayıcı maddə ilə alovlandırır və beləcə bütün ərazini alov götürür və ətrafını məhv edir.
Qapalı məkanlarda partlayanda daha çox dağıdıcı olurlar. Buna görə də istehkamları, səngərləri, tunelləri, sığınacaqları və mağaraları təmizləmək üçün effektiv raketlərdir.

– Xarici muzdlularla Ukrayna hərbçiləri birlikdə döyüşü əks etdirən video!
Videoda Ukraynanın xarici muzdluların Rusiya qüvvələrinin karvanı əleyhinə pusquya salmaları və Rusiyanın zirehli texnikasına tank əleyhinə raketlər atması göstərilir.
Müharibənin ilk günlərində Rusiyanın Ukraynaya hücumu balayandan və sərhəd bölgələri süqut etdikdən sonra Qərb ölkələri Ukraynaya muzdlu əsgərlər və özəl hərbi şirkətlərin qoşunlarının yerləşdirilməsini artırdılar. Ukrayna rəsmilərinin sözlərinə görə, onların sayı 16 minə yaxındır və onlar təlim və məsləhət yardımı ilə yanaşı, bəzən ruslara qarşı meydan döyüşlərində də iştirak edirlər.
Rusiya Müdafiə Nazirliyi əvvəlki açıqlamalarında ABŞ, İngiltərə, Fransa, Danimarka, Latviya, Polşa və Xorvatiyadan olan əcnəbi muzdluların mövcudluğuna toxunaraq, hakimiyyət orqanlarına və onların səfirliklərinə etirazını bildirib.

– Rusiya ordusunun Donetsk vilayətinin şimalındakı Liman qəsəbəsində Ukrayna qüvvələrinin son mövqelərinə hücumlarının videosu.
Bəzi rus mənbələri rus qüvvələrinin Limanı ələ keçirməyi başa vurduğunu, digərləri isə bölgənin cənubunda döyüşlərin davam etdiyini bildirib. Ukrayna qüvvələrinin də zirehli və hərbi texnikası ilə Donetsk çayını keçdikdən sonra cənub Liman-Slovensk yolunu birləşdirən əsas körpünü dağıtdığı, mülki əhalinin keçməsi üçün yalnız yan körpünün qaldığı bildirilir.

– Rusiya ordusu Dnepropetrovskda Ukrayna Milli Qvardiyasının kazarmalarına bir neçə ballistik raket (ehtimal ki, “İsgəndər” raketləri) atıb.
Dnepropetrovsk Müdafiə Qüvvələri Mərkəzinin rəhbəri Henadi Qurbanın sözlərinə görə, Milli Qvardiyanın kazarmaları da daxil olmaqla, müxalifət bölgələrinə 3 raket atılması nəticəsində azı 10 nəfər ölüb, 35-dən çox adam yaralanıb. Rusiya mənbələrinin raket hücumu nəticəsində onlarla insanın həlak olması ilə bağlı iddialarını rədd edən Qurban deyib: “Müdafiə Nazirliyinin əmrinə əsasən, bir yerə 20-dən çox hərbçi yerləşdirilə bilməz”.

– Ukrayna mətbuatı Rusiyanın “Su-35” qırıcısının Xerson vilayəti üzərində Ukraynaya məxsus MiQ-29 qırıcısı tərəfindən vurulduğunu iddia edən görüntülər yayıb. Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, hava hücumu bu gün saat 14:00 radələrində həyata keçirilib və Rusiyaya məxsus qırıcı təyyarə Rusiyanın nəzarətində olan ərazilərə düşüb.
Rusiya Müdafiə Nazirliyi də Ukraynaya məxsus MiQ-29 qırıcısının Odessa üzərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu iddia edib.

– Çeçen xüsusi təyinatlılarının başçılıq etdiyi Rusiya ordusu Sevrodonetsk yaşayış məntəqəsinə qurudan hücuma başladı və şəhərin şimalındakı Mir hotelini ələ keçirdi.
Bu şəhərdə şiddətli toqquşmalar gedir…
Onlayn xəritədə baxın

Keçmiş günlərdə Ukrayna müharibəsi xəbərləri:

Gün 1Gün 2Gün 3Gün 4Gün 5Gün 6Gün 7Gün 8Gün 9Gün 10Gün 11Gün 12Gün 13Gün 14Gün 15Gün 16Gün 17Gün 18Gün 19Gün 20Gün 21Gün 22Gün 23Gün 24Gün 25Gün 26Gün 27Gün 28Gün 29Gün 30Gün 31Gün 32Gün 33Gün 34Gün 35Gün 36Gün 37Gün 38Gün 39Gün 40Gün 41Gün 42Gün 43Gün 44Gün 45Gün 46Gün 47Gün 48Gün 49Gün 50Gün 51Gün 52Gün 53Gün 54Gün 55Gün 56Gün 57Gün 58Gün 59Gün 60Gün 61Gün 62Gün 63Gün 64Gün 65 və 66Gün 67Gün 68Gün 69Gün 70Gün 71Gün 72Gün 73Gün 74Gün 75Gün 76Gün 77Gün 78Gün 80Gün 81Gün 82Gün 83Gün 84Gün 85Gün 86Gün 87Gün 88Gün 89Gün 90Gün 91Gün 92

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir