ABŞ-ın Suriyanın şimal-qərbinə hücumu zamanı 13 nəfər ölüb + Video və şəkillər
“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, İdlib vilayətinin şimal-qərbindəki Ətmə sərhəd bölgəsində ABŞ-terrorçularının rəhbərlik etdiyi əməliyyatda ən azı 13 nəfər həlak olub.
Fevralın 3-ü səhər saat 1 radələrində ABŞ Xüsusi Təyinatlı Qüvvələri Türkiyə sərhədi yaxınlığında, İdlib əyalətinin Ətmə şəhərinin kənarında hərbi hava əməliyyatı zamanı bir evi mühasirəyə alıb və ABŞ hərbçiləri ilə terrorçular arasında şiddətli döyüşlər baş verib. Nəhayət, saatlarla davam edən qarşıdurmalardan sonra ABŞ hərbçiləri ərazini tərk ediblər. Əməliyyat 7 helikopter vasitəsilə və amerikalı qırıcı təyyarələrin dəstəyi ilə həyata keçirilib.
Əməliyyat zamanı Amerikanın bir helikopterində də texniki problem yaranıb və Amerika qüvvələri tərəfindən məhv edilib. Əməliyyatdan sonra Amerika helikopterləri Türkiyə ərazisinə daxil olub. Bu, əməliyyat zamanı Türkiyə və ABŞ-ın tam kəşfiyyat və hərbi əməkdaşlığını əks etdirir.
Yerli mənbələrin məlumatına görə, ABŞ hərbi əməliyyatı terrorçuların ağır müqaviməti ilə üzləşib və qarşıdurma 3 saat davam edib, ABŞ qüvvələri arasında itkilərin olması ehtimalı verilir.
Əməliyyatdan sonra Pentaqonun sözçüsü John Kirby verdiyi açıqlamada ABŞ Mərkəzi Komandanlığının nəzarəti altında olan ABŞ Xüsusi Əməliyyat Qüvvələrinin Suriyanın şimal-qərbində tanınmış terrorçuya qarşı terrorla mübarizə missiyası həyata keçirdiyini bildirib. O əlavə edib: Missiya uğurla başa çatıb və ABŞ əsgərləri üçün itki olmayıb.
Əməliyyat barəsində ABŞ prezidenti Cozef Bayden də çıxış edəcək.
Pentaqon əməliyyatın hədəfinin Suriyadakı Əl-Qaidə komandiri olduğunu bildirib, lakin yayımlanan görüntülər hücumda dörd qadın və altı uşaq da daxil olmaqla ən azı 13 mülki şəxsin öldürüldüyünü göstərir.
Qeyd edək ki, əməliyyat və dəstək səviyyəsi ABŞ-ın Suriyanın İdlib əyalətinin Barişa kəndində İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə qarşı sui-qəsd əməliyyatı ilə oxşar olub. Ətmə şəhəri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyü yerdən 24 kilometr aralıda yerləşir.
Rəy