Hərbi Məlumat: Əbabil 2 kəşfiyyat və kamikadze dronu

Cümə 27 May 2022 - 01:22
https://az.iswnews.com/?p=7821

Əbabil 2 hədəf, kəşfiyyat və kamikadze dronudur. Əvvəlcə kəşfiyyat və hədəf missiyası ilə istehsal edilən dron daha sonra kamikadze missiyası olaraq təyin olundu və indi bu missiyanın bir hissəsi olaraq İran Silahlı Qüvvələrinin istifadəsinə verilib.

Əbabil seriyalı dronlar 1986-cı ildə fəaliyyətə başlayıb. Əbabil müqəddəs müdafiə zamanı (İraq-İran müharibəsi) kamikadze kimi də istifadə edilib, lakin Əbabil 1-in heç bir şəkli və onun istifadəsinə dair heç bir sənəd yoxdur. Əbabil 2 o vaxtdan bəri Hesa şirkəti tərəfindən istehsal olunur və istifadəyə verilir.

Əbabil dronunun eniş və qalxmaq üçün uçuş-enmə zolağına ehtiyacı yoxdur və avtomobilin üzərində yerləşən rels atıcıdan və arxa hissəsinə yerləşdirilmiş raketdən istifadə edir, dronun bəzi nümunələrində eniş üçün çətir və skidlərdən istifadə edir. Yüksək əməliyyat dağıdıcılığına malik bu dron döyüş meydanında tanklardan, şəxsi heyətdən və müdafiə sistemlərindən tutmuş müxtəlif düşmən texnikası üçün yüksək təhlükədir.

Əbabil 2 100 km əməliyyat məsafəsinə, 75 ilə 120 dəqiqəyə qədər uçuş müddəti, 11000 fut (3352,8 m) uçuş tavanı və sabit üçüş rejimində maksimum sürəti 220 km/saat və hücum rejimində maksimum sürəti 370 km/saatdır.

Əbabil 2 dronunda idarə və nəzarət yerdəki mərkəzi operatorlar tərəfindən həyata keçirilir və təsvirlər onlayn rejimdə idarəetmə və komanda mərkəzinə ötürülür. Yeni Əbabil 2 modelləri 123 sistemi və GPS ilə təchiz olunub. 123 sistemi Hesa-nın elektro-avionika mühəndisliyi şöbəsində qeyri-peşəkar pilotlar tərəfindən (uzun və qısa məsafədə) asanlıqla və təhlükəsiz uçmaq qabiliyyətinə malik yeni dizayn, avtomatik qalxma və yarı avtomatik eniş, planlaşdırma və qlobal naviqasiya sisteminin köməyi ilə istənilən marşrut üzrə naviqasiya, bazanı drondan ayırmaq, drondan bazaya 17 ayrı kanal olaraq məlumat göndərmək, o cümlədən mühərrikin fırlanma sayı, üçüş bucağının miqdarı və dönmə dərəcəsi, yanacağın miqdarı, batareyanın elektrik miqdarı, hündürlük, sürət və.. üçündür. Əbabil 12 meqapiksel keyfiyyətə malik ucuz kameradan istifadə edir.

Əbabil hava kəşfiyyatı, döyüş sahəsinə nəzarət, sərhəd patrulları, aerofotoqrafiya, artilleriya atəşi xətalarının düzəldilməsi, müdafiə vasitələrinin müəyyən edilməsi üçün yem kimi istifadə edilməsi (hava hücumundan müdafiə vasitələrinin cəlb edilməsi), kamikadze bomba əməliyyatları və dron heyətinin təlimi kimi vəzifələrə cavabdehdir.

Bu günə qədər fərqli mühərriklərə malik iki “Əbabil” modeli müşahidə edilmişdir. Bu modellərin xarici görünüş fərqi quyruq hissəsindədir, birinci modelin əsas gövdəyə bərkidilmiş şaquli quyruğu, ikinci modelin arxa qanadda iki eyni şaquli quyruğu var.

Əbabil 2 dronunun texniki xüsusiyyətləri:
Uzunluq: 2,88 metr
Arxa qanadların uzunluğu: 3,25 metr
Hündürlük: 0,91 metr
Boş çəki: təxminən 27 kq
Maksimum uçuş çəkisi: 83 – 128 kq
Daxili yanacaq tutumu: 16 litr
Daşıma qabiliyyəti: 40 kq yük və ya partlayıcı maddələr
Mühərrik: Modeldən asılı olaraq 20 at gücü ilə 30 at gücünə malik W3 və ya MD seriyalı iki silindrli pistonlu mühərrik
Kəpənəklər: iki qanaqlı
Maksimum sürət: 370 km/saat
Sabit uçuş sürəti: 220 km/saat
Döyüş məsafəsi: 120 km
Uçuş müddəti: 75-120 dəqiqə arası
Nəzarət edilə biləcək ərazi: 770 kvadrat kilometr
Maksimum hündürlük: 11000 fut (3352,8 metr)

Tam ölçüdə baxmaq üçün klikləyin

Sosial şəbəkələrdə paylaşmaq üçün ingilis, ərəb, kürd, fars, rus, çin və ivrit dillərində “Əbabil 2 Dronu” posterləri toplusu:

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir