BƏƏ-yə “Əlviyətu Əl-Vəəd Əl-Həqq” dəstəsi PUA zərbəsi endirdi

Cümə axşamı 3 Fevral 2022 - 15:52
https://az.iswnews.com/?p=781

“İslam Dünyası Xəbərləri” informasiya mərkəzi xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə PUA hücumlarına görə məsuliyyəti “Əlviyətu Əl-Vəəd Əl-Həqq” dəstəsi öz üzərinə götürüb.

Fevralın 2-də “Əlviyətu Əl-Vəəd Əl-Həqq” (Haqq Vədələri Briqadaları) dəstəsi dörd PUA-dan istifadə etməklə Əbu-Dabidə həyati əhəmiyyət kəsb edən obyektə hücumu elan edən bəyanat yayıb.
Bununla əlaqədar, BƏƏ Müdafiə Nazirliyi bəyanat yayaraq hücumu təsdiqləyib və 2 fevral 2022-ci il səhər tezdən üç naməlum PUA-nın vurulduğunu açıqlayıb.

Bu, Birləşmiş Ərəb Əmirliklərinə qarşı Ənsarullahın “Yəmən Fırtınası” əməliyyatı davamı və müqavimət dəstələrinin son bir ayda BƏƏ ərazisinə dördüncü birbaşa hücumudur. Bu hücumların hər biri insan və mal itkisinə baxmayaraq, BƏƏ-yə böyük bir etibarsızlıq dalğası gətirir; baxmayaraq ki, bu ölkə hücumlardan əvvəl dünyanın ən təhlükəsiz bölgələrindən biri hesab edilirdi.

BƏƏ-yə PUA hücumu ilə bağlı “Əlviyətu Əl-Vəəd Əl-Həqq” dəstəsinin bəyanatı
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir