Ənsarullah Səudiyyə koalisiyasının səkkizinci Winglong dronunu məhv edib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ənsarullah hava hücumundan müdafiə qüvvələri Səudiyyə Ərəbistanına məxsus Winglong dronunu Səədə vilayətinin Kətaf şəhəri səmasında vurub.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Sərinin sözlərinə görə, Ənsarullah hava hücumundan müdafiə qüvvələri mayın 24-ü səhər saatlarında Kətaf şəhərinin sərhədlərində Winglong 2 təyyarəsini məhv edib. Pilotsuz təyyarə Səudiyyə Ərəbistanının cənubundakı Nəcran əyalətində Ənsarullah raketi ilə vurulduqdan sonra məhv olub.
Qeyd edək ki, bu, Yəməndə atəşkəs razılaşmasının həyata keçirilməsindən sonra Ənsarullah tərəfindən vurulan beşinci drondur.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin hesablamalarına görə, bu, Ənsarullah tərəfindən vurulan səkkizinci Winglong 1 və ya 2 (Çin istehsalı) dronudur.
Yəmən müharibəsi zamanı Winglong pilotsuz təyyarələrinin məhv edilməsinin təfərrüatları belədir:
1- BƏƏ-yə aid, Sənaa vilayətinin Xulan bölgəsində, 26 sentyabr 2016-cı il.
2- BƏƏ-yə aid, Səədə əyalətində, 19 aprel 2019-cu il.
3- Səudiyyə Ərəbistanına aid, Həccə əyalətinin Hiran şəhərində, 30 noyabr 2019-cu il.
4- Səudiyyə Ərəbistanına aid, Səədə vilayətinin şimalında, 21 may 2021-ci il.
5- Səudiyyə Ərəbistanına aid, Səədə vilayətinin şimalında yerləşən Kataf şəhərində, 13 sentyabr 2021-ci il.
6- BƏƏ-yə aid, Şəbvə əyalətinin Useylan şəhərində, 5 yanvar 2022-ci il.
7- BƏƏ-yə aid, Şəbvə əyalətinin Ein şəhərində, 11 yanvar 2022-ci il.
8- Səudiyyə Ərəbistanına aid, Səədə vilayətinin şimalında yerləşən Kataf şəhərində, 24 may 2022.
Şəkil arxivdəndir.
Daha çox oxuyun:
İnfoqrafik: Yəmən müharibəsində Səudiyyə-ABŞ koalisiyasının hava qüvvələrinin aldığı xəsarət
Rəy