Fələstində baş verən son hadisələr, 23 May 2022
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, bu gün səhər İsrail qüvvələri İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə, o cümlədən Ramallah, Cənin və Beytləhmə hücum edib və ən azı 15 gənc fələstinlini əsir götürüb.
– Sionist rejim ordusunun sözçüsü elan edib: İordan çayının qərb sahilindəki ordunun mərkəzi bölgəsinin komandanlığı Sələfit şəhərinin qərbində “Qərave Bəni Həssan” kəndində cihad əməliyyatının icraçısı Yəhya Marinin evinin dağıdılması əmrini təsdiqləyib.
– Fələstin Muxtariyyətinin Qüds işləri üzrə naziri vurğulayıb ki, hazırda işğal altındakı Qüdsdə fələstinlilərə məxsus 20 mindən çox yaşayış binası sökülməkdədir.
– Sionist rejim şimal cəbhəsində, yəni işğal olunmuş Fələstinin Livan və Suriya ilə sərhədində hazırlıq vəziyyəti elan edib. Sionist “Yediot Ahronot” qəzeti də rejim ordusunun hazır olduğunu yazıb.
– İsrailin dünyadakı səfirlikləri hazırlıq vəziyyətindədirlər.
– Bu gün səhər saatlarında İsrail qüvvələri İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə, o cümlədən Ramallah, Cənin və Beytləhmə basqın edib və ən azı 15 gənc fələstinlini əsir götürüblər.
– Kan kanalı müxbiri Amixay Stein iddia edib ki, Tehranda qətlə yetirilən SEPAH zabiti bu yaxınlarda Suriyadan qayıdıb və ABŞ tərəfindən öldürülənə qədər Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin köməkçisi vəzifəsində çalışıb.
– “The Times of Israel” yazıb ki, İran paytaxtının mərkəzində baş verən hücumla bağlı bir neçə təfərrüat açıqlansa da, İnqilab Keşikçiləri sui-qəsdi “qlobal imperyalizm”lə əlaqələndiriblər ki, bu da əslində ABŞ və İsrailin əli olduğunu bildirir.
– Sionist rejimin 13-cü kanalının hərbi müxbiri iddia edib: Tehranda qətlə yetirilən İnqilab Keşikçiləri Korpusunun zabiti bütün dünyada israillilərə qarşı silsilə terror aktlarının qurucusu olub; O, digər işlərlə yanaşı, İstanbuldakı İsrail konsulunu öldürmək üçün “Mənsur Rəsuli”ni Türkiyəyə göndərib.
– Keçmiş hərbi kəşfiyyat rəhbəri İsrail ordusu radiosuna verdiyi müsahibədə xəbərdarlıq edib ki, iranlılar Xodainin öldürülməsinə görə qisas alacaqlar.
– Bir israilli jurnalist radio proqramında iddia edib ki, ABŞ İsraildən İranın nüvə obyektlərinə hücum etməyi xahiş edib, lakin İsrail bu tələbi rədd edib.
– İsrail ordusunun verdiyi məlumata görə, “Od Arabaları” təliminin ikinci həftəsi başa çatıb.
Rəy