Suriyada baş verən son hadisələr, 21 May 2022

Şənbə 21 May 2022 - 23:01
https://az.iswnews.com/?p=7515

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Raqqanın şərq ətrafındakı Məədan səhrasında minanın partlaması nəticəsində Suriya ordusunun iki əsgəri şəhid olub.

1- Hələb:
– Mayın 18-də Suriya ordusu qüvvələri Məraa şəhəri ətrafını artilleriya hücumları ilə hədəfə aldı.
– Mayın 19-da Türkiyənin dəstəklədiyi terrorçular Əl-Bab şəhəri yaxınlığında Suriya Demokratik Qüvvələrinin mövqelərinə artilleriya zərbələri endirib.
– Mayın 19-da Türkiyənin dəstəklədiyi terrorçular Eyn əl-Ərəbin qərbindəki Zur Muğar və Bayadi kəndlərini hədəfə aldılar.
– Mayın 19-da Suriya ordusu Hələbin qərbindəki Kafrat əl-Taal kəndində terrorçuların mövqelərini artilleriya ilə hədəfə alıb.
– Mayın 20-də Türkiyə ordusuna məxsus kvadrokopter Kobaninin qərbindəki Əş-Şuyux qəsəbəsi ətrafında Suriya ordusu qüvvələri tərəfindən vurulub.
– Mayın 20-də Türkiyənin dəstəklədiyi terrorçular artilleriya atəşi ilə Şahba su bəndinin ətrafındakı ərazini hədəfə aldılar.

2- İdlib:
Mayın 20-də Türkiyə ordusuna məxsus dron İdlib vilayətinin Sərməda şəhəri üzərində uçarkən görünüb.

3- Dəraa:
– Mayın 19-da Dəraa əyalətinin Əl-Nəimə şəhərinin meri və BƏƏS partiyasının baş katibi naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.
– Mayın 20-də Tefs və Əl-Məsirafa şəhərlərində terrorçular iki keçmiş əməkdaşı naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

4- Deyr əz-Zor:
Mayın 21-də Deyr əz-Zorun ətrafında Suriya Demokratik Qüvvələrinə məxsus avtomobilin partlaması nəticəsində bir neçə SDQ əsgəri ölüb və yaralanıb.

5- Raqqa:
Mayın 19-da Suriya ordusunun iki üzvü Raqqanın şərq ətrafında Məədan səhrasında minanın partlaması nəticəsində şəhid olub.

6- Həsəkə:
– Mayın 20-də Təl Tamar ərazisi üzərində Türkiyə ordusuna məxsus dron görünüb.
– Mayın 19-da və 20-də Türkiyənin dəstəklədiyi terrorçular Əl-Dərdarə kəndində Suriya Demokratik Qüvvələrinin mövqelərini hədəfə alıblar.
– Mayın 19-da Türkiyə ordusu qüvvələri Həsəkənin şimal ətraflarında bir neçə yeri hədəfə alıb.
– Mayın 19-da Əl-Hul düşərgəsində qadın meyiti tapılıb. Onun şəxsiyyəti müəyyən edilməyib.

7- Homs:
– Mayın 18-də Homsun şərq kənarındakı əl-Bayarat bölgəsində Suriya ordusuna məxsus yük maşınına İŞİD ünsürlərinin pusquya salması nəticəsində bir neçə suriyalı hərbçi şəhid olub və yaralanıb.
– Mayın 18-də Suriya ordusunun əsgəri Homs əyalətinin Tedmor şəhərində minaya düşərək şəhid olub.

8- Dəməşq:
İsrail ordusu Dəməşqin cənubunda, işğal altındakı Qolan təpələrindən bir neçə yer-yer tipli raketlər atıb. Hücum zamanı Suriya ordusunun 3 əsgəri şəhid olub. Dəməşqin Zeynəbiyyə bölgəsindəki Əl-Rəvzə hotelinin ətrafına endirilən İsrail raketlərindən birinin qalıqlarının düşməsi nəticəsində bir mülki şəxs yaralanıb. Həmçinin bu hücum nəticəsində Dəməşq Beynəlxalq Hava Limanı yaxınlığında böyük yanğın baş verdiyi və bu hava limanının iki reysinin gecikdiyi bildirilir.

9- Rusiya xarici işlər nazirinin müavini bildirib: Suriyada Rusiyanın S-300 sistemlərinin İsrail qırıcılarına atəş açması xəbəri düzgün deyil.

Keyfiyyətli xəritə

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir