Türkiyənin Şimali İraqdakı əməliyyatları davam edir; Bir türk əsgəri həlak olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyə ordusunun İraqın şimal bölgələrində həyata keçirdiyi “Qıfıl Pəncəsi” əməliyyatı zamanı partlayıcı qurğunun işə düşməsi nəticəsində bir türk əsgəri həlak olub.
Türkiyə ordusunun İraqın şimalında keçirdiyi əməliyyat əsnasında “Tunahan Erbaşı” adlı türk əsgəri PKK silahlılarının yerləşdirdiyi partlayıcı qurğunun partlaması nəticəsində həlak olub.
Bu türk əsgərinin ölümü ilə İraqın şimalında Qıfıl Pəncəsi əməliyyatında türk ordusunun itkilərinin sayı 12 nəfərə yüksəldi.
Hadisədən sonra Türkiyə ordusunun Şimali İraqda əməliyyatı güclənib və PKK qüvvələrinin mövqeləri artilleriya ilə hədəfə alınıb. Türkiyə qırıcıları Şimali İraqdakı əraziləri də hədəfə alıb. Hücumlardan sonra Türkiyə Müdafiə Nazirliyi 4 PKK üzvünün türk əsgərləri tərəfindən öldürüldüyünü açıqlayıb.
Bundan bir neçə saat əvvəl Türkiyə qırıcı təyyarələri Süleymaniyyə ilə Kərkük arasındakı Cəmcəmal bölgəsində PKK qərargahını hədəfə alıb və nəticədə 3 PKK üzvü və daha iki mülki şəxs həlak olub.
Digər tərəfdən, PKK qüvvələri Şimali İraqda öz ünsürlərinin öldürülməsi xəbərinə heç bir reaksiya verməyərək, 15 türk əsgərinin həlak olduğunu bildirib. PKK Türkiyə ordusunun Şimali İraqa hücumlarında 17 dəfə kimyəvi silahdan istifadə etdiyini iddia edir. Son qarşıdurmalarda PKK üzvləri türk ordusunun Şimali İraqın bəzi hissələrinə hücum etmək üçün kimyəvi silahdan istifadə etdiyini iddia etsə də, türk ordusunun kimyəvi silahdan istifadə etdiyinə dair heç bir sənəd hələlik paylaşılmayıb.
Daha çox oxuyun:
Şimali İraqda bir türk əsgəri öldürülüb
İraqın şimalında Türkiyə ordusunun yeni əməliyyatı + FOTO və VİDEO
Rəy