İsrail aviasiyası Suriya ordusunun Dəməşqin cənubundakı mövqelərinə zərbələr endirib + VİDEO və FOTO

Şənbə 21 May 2022 - 01:03
https://az.iswnews.com/?p=7447

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail ordusunun Suriya ordusunun Dəməşqin cənubundakı mövqelərinə raket zərbəsi endirməsi maddi ziyanla nəticələnib və bir neçə suriyalı hərbçi şəhid olub.

Suriya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, cümə günü yerli vaxtla təxminən saat 23:01-də İsrail ordusu Dəməşqin cənubunda, işğal altındakı Qolan təpələrindən bir neçə yer-yer tipli raketlər atıb. Hücum indiyədək 3 Suriya əsgərinin şəhid olması və digər maddi ziyanla nəticələnib.

Hücumla eyni vaxtda Misyaf qəsəbəsi və Tərtus şəhərinin qərb hissəsindəki yerli mənbələr Həma əyalətinin qərbində Nəbi Mətta meşələrində partlayış səsinin eşidildiyini bildiriblər. Lakin Tərtusun yerli rəsmiləri partlayışın təfərrüatlarını açıqlamayaraq, sionistlərin digər hücumları nəticəsində Nəbi Mətta meşələlərində baş verən yanğınla bağlı mətbuatda yayılan xəbərləri təkzib ediblər.

Dəməşqin Zeynəbiyyə bölgəsindəki Əl-Rəvzə hotelinin kənarına endirilən İsrail raketlərindən birinin qalıqlarının düşməsi nəticəsində bir mülki şəxs yaralanıb.

Həmçinin bu hücum nəticəsində Dəməşq Beynəlxalq Hava Limanı yaxınlığında böyük yanğın baş verdiyi və bu hava limanının iki reysinin gecikdiyi bildirilir.

Daha çox oxuyun:
İnfoqrafik: 2021-ci ildə İsrailin Suriyaya hava və raket hücumları
Sionist rejimin Dəməşqə hava hücumu + FOTO və VİDEO

Video: İsrail raketinin Dəməşqin cənubuna düşmə anı

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir